Cüzeppe Verdi

Cüzeppe VerdiBir gün Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir. Həmin hadisə 1832-ci ilə təsadüf edir. Bir neçə onillikdən sonra isə Milan Konsevatoriyası vaxtilə bəyənmədiyi gənc musiqiçinin adını daşımaq şərəfinə nail olmağa səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir.

XIX əsrin 30-cu illərində italyan opera sənətinə qeyri-adi, nadir istedadlı bir sənətkar gəlir. Onun operaları Avropanın müxtəlif ölkələrində tamaşaya qoyulur və sözün əsl mənasında gurultu qoparır. Bəstəkarın yaratdığı gözəl melodiyalar dillər əzbəri olur, hətta o qədər geniş yayılır ki, onları italyan xalq mahnıları sanırlar. Bu müəllifin əsərləri indiyədək də italyan operasının ən uca, əlçatmaz zirvəsi hesab olunur, dünyanın ən nüfuzlu opera teatrları onları repertuarına daxil edir. Həmin sənətkarın adı Cüzeppe Verdidir. Taleyin hökmü ilə Verdi Vaqnerlə bir ildə dünyaya gəlmiş, sənətdə də yolları oxşar olmuşdur. O da öz yaradıcılıq axtarışlarını əsasən opera janrı istiqamətində aparmış, bu janrın inkişafına mühüm töhfələr vermişdir. Lakin Verdinin opera janrına münasibəti - onun həm məzmununa, həm də musiqi üslubuna qarşı qoyduğu tələblər Vaqnerdən tamamilə fərqlidir. Belə ki, Verdi qədim əfsanə və rəvayətlərə qətiyyən maraq göstərmir, real həyatdan götürülmüş və mütləq gərgin emosiyalar və kəskin təzadlarla yoğrulmuş süjetlərə müraciət edir. Əgər Vaqner simfonik orkestrin səlahiyyətlərini genişləndirməyə meylli idisə, Verdi, əksinə, insan səsinə, vokal partiyalara üstünlük verir. Verdi operalarının təsir gücünün sirri onların italyan folklorundan bəhrələnməsi, canlı, ifadəli melodiyaların bir-birini əvəz etməsidir. Hətta Vaqnerin xüsusi maraq göstərdiyi leytmotiv prinsipi də Verdini biganə qoyur. Doğrudur, o da bəzi qəhrəmanlarını qısa musiqi mövzuları ilə səciyyələndirir, lakin həmin üsuldan Verdi operalarında çox məhdud şəkildə istifadə olunur.
Cüzeppe Verdi
Verdi uzun və mürəkkəb yaradıcılıq yolu keçmişdir. O, 26 opera bəstələmişdir. Onlardan birincisi - "Oberto"nu 1839-cu ildə, sonuncusu - "Falstaf'"ı 1892-ci ildə, səksənillik yubileyi ərəfəsində yazmışdır. Verdinin ən məşhur operaları sırasında: "Riqoletto" (V.Hüqonun "Kral əylənir" dramı üzrə), "Traviata" (A.Düma - oğulun "Kameliyalı qadın" əsəri üzrə), "Trubadur", "Aida", "Otello" (U.Şekspirin eyni-adlı dramı əsasında) əsərlərini göstərmək olar. Onu da qeyd edək ki, "Aida" - Misirdəki Qahirə Opera Teatrının sifarişi ilə, Süveyş kanalının təntənəli açılış mərasimində ifa olunmaqçün yazılmışdır.
Operalardan savayı, Verdi yaxın dostu və sirdaşı şair Alessandro Mandzoninin xatirəsinə möhtəşəm "Rekviyem" də bəstələmişdir. Bu əsər də Verdi irsinin ən gözəl səhifələrindəndir. Cüzeppe Verdinin vəfatı nəinki bəstəkarın vətənində, bütün dünyada dərin kədər hissi ilə qarşılanır. Dəfn günündə İtaliya Senatının göstərişi ilə məktəblər, idarələr bağlanır. Milanın yüz minlərlə sakini sevimli sənətkarını son mənzilə yola salmaq üçün küçələrə çıxır. Bu günədək italiyalılar Verdini özlərinin milli qəhrəmanı sayır, onun sənəti qarşısında hörmətlə baş əyirlər.

Bu əsərlərlə tanış olmaq lazımdır:
✓ "Traviata" operasi: "Süfrə başında oxunan mahnı"; Alfredin ariyası
✓ "Riqoletto" operasi: Hersoqun balladası, Cildanın ariyası, Riqolettonun mahnısı, Hersoqun mahnısı
✓ "Aida" operasi: Radamesin romansi; Marş, Aida və Radamesin dueti
✓ "Nabukko" operasi: "Əsir edilmiş yəhudilərin xoru"

Maraqlı     Baxılıb: 2936   Tarix: 12 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri geyim seçimi şirniyyat və tortlar masaj i̇mtahana hazırlıq bilincik resepti kosmetika qaynana hakista balıq veten haqqinda atalar sozu salatlar pomidor