Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıq

Çiyələk bu hallarda ölümcül ola bilər - xəbərdarlıqMövsümün ən sevilən yay meyvələrindən biri hesab edilən çiyələk hər kəs üçün təhlükəsiz olmaya bilər. Dietoloqlar xəbərdarlıq edir ki, bəzi insanlarda çiyələk allergik reaksiyalar, nəfəsalma problemləri və hətta qida zəhərlənməsinə bənzər simptomlar yarada bilər.
Milli.Az xəbər verir ki, dietoloq və Respo Mərkəzinin məsləhətçisi Aleksandra Kuryenin sözlərinə görə, xüsusilə ağcaqayın tozcuğuna allergiyası olanlar, histamin və salisilat həssaslığı yaşayan şəxslər çiyələk yeyərkən diqqətli olmalıdır.
Mütəxəssisin sözlərinə görə, çiyələyə qarşı allergiya ən əsas risk faktorlarından biridir. Bu hal qoz-fındıq, yumurta və ya süd məhsullarına allergiya qədər geniş yayılmasa da, bəzi insanlarda, xüsusilə uşaqlarda orqanizm giləmeyvəyə kəskin reaksiya verə bilər.
Allergiyanın mümkün əlamətləri arasında dəri səpkiləri, qızartı, dodaqlarda və ağız ətrafında şişkinlik, mədə narahatlığı və nəfəsalma çətinliyi yer alır. Bəzən simptomlar çiyələk qəbulundan dərhal sonra ortaya çıxsa da, bəzi hallarda bir neçə saat sonra özünü göstərə bilər. Hətta allergiyası diaqnoz edilməmiş insanlarda da həddindən artıq çiyələk qəbulu dəridə qırmızı ləkələrə səbəb ola bilər.
Dietoloq xüsusilə ağcaqayın tozcuğuna allergiyası olan insanlara diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə, ağacın aktiv çiçəklənmə dövründə çiyələk çarpaz allergik reaksiya yarada bilər. Bu zaman bir neçə giləmeyvə qəbulundan sonra ağızda qaşınma, yanğı hissi və dodaqlarda şişkinlik müşahidə oluna bilər.
Ekspert bildirir ki, bu cür reaksiyalar əsasən aprel-may aylarında, havada ağcaqayın tozcuqlarının miqdarının yüksək olduğu dövrdə daha çox rast gəlinir. Yayın əvvəlində isə eyni meyvə bəzi insanlar tərəfindən daha rahat qəbul edilə bilər. Orqanizmin ümumi vəziyyəti də burada mühüm rol oynayır. Xəstəlikdən sonra və ya immunitet zəiflədikdə simptomlar daha güclü hiss oluna bilər.
Çiyələk histaminə qarşı həssaslığı olan insanlarda da problemlər yarada bilər. Mütəxəssisin sözlərinə görə, giləmeyvə orqanizmdə histamin ifrazını artıraraq həssas şəxslərdə səpkilər, baş ağrısı, qarın ağrısı, öskürək və nəfəs darlığına səbəb ola bilər.
Bundan əlavə, salisilatlara qarşı yüksək həssaslığı olan şəxslərə də çiyələkdən həddindən artıq istifadə etmək tövsiyə edilmir. Çünki giləmeyvənin tərkibində təbii şəkildə olan bu maddələr burun tutulması, axıntı və astma simptomlarının güclənməsi ilə nəticələnə bilər.
Sosial şəbəkələrdə adi qırmızı çiyələyin əvəzinə ağ rəngli (ananas dadına bənzər çiyələk növü) məsləhət görülsə də, dietoloq bunun tam təhlükəsiz seçim olmadığını bildirir. Onun sözlərinə görə, bu növdə bəzi allergenlər az olsa da, digər reaksiyalara səbəb ola biləcək maddələr, xüsusilə salisilatlar qalır.
Bütün xəbərdarlıqlara baxmayaraq, mütəxəssis vurğulayır ki, insanların böyük əksəriyyəti üçün çiyələk faydalı məhsul olaraq qalır. O, lif və antioksidantlarla zəngindir və mövsümi qidalanmanın dəyərli hissəsi hesab edilir.
Dietoloq allergiyaya və ya qida həssaslığına meyilli insanlara çiyələyi böyük porsiyalarla yeməyə tələsməməyi tövsiyə edib. Şübhə olduqda əvvəlcə bir-iki giləmeyvə qəbul edib orqanizmin reaksiyasını müşahidə etmək daha məqsədəuyğun sayılır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 26 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

kosmetik vasiteler qadin dunyasi geyim və ayaqqabılar toyuq yeməkləri ancelinacoli vətən bayatıları kişi xəyanət edərsə kosmetika şirin qoğal meseller rus dilini öyrənək dolça ana haqqinda bayati