Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTO

Moskvada polis əməkdaşları Məryəm və Tamilla Dadaşeva bacılarını 7 milyon rubl məbləğində Ferrari avtomobilini alarkən saxlayıblar.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb. Qeyd edək ki, Məryəm çoxdan bu avtomobilin arzusunda idi. O, ötən il BƏƏ-də Ferrari muzeyində avtomobillə foto çəkdirərək "Instagram"da "Mənə bağışlayın" yazısı ilə paylaşmışdı.

Məlum olub ki, hər iki qız "Sberbank"ın əməkdaşlarıdırlar. 26 yaşlı Məryəm Böyük Andronyevski küçəsində kredit təşkilatı şöbəsində müştəri meneceri vəzifəsində çalışırdı, 22 yaşlı Tamilla isə eyni vəzifədə Lyusinov küçəsindəki şöbədə işləyirdi. Bacıların hər ikisi kiçik biznesə cavab verən şöbədə çalışırdılar.

Müstəntiqlər hesab edirlər ki, bahalı avtomobili almazdan bir neçə gün əvvəl Dadaşeva bacıları böyük fırıldaqlarını həyata keçiriblər.

İlkin məlumata əsasən, hüquqi şəxslərlə işləyən və onların hesablarına girişi olan qızlar 40 milyon rubl vəsaiti "çıxararaq nağdlaşdırıblar". Bu vəsaiti sonradan üç bir günlük şirkətin adına yazaraq özlərinə götürüblər. Pulları alandan bir gün sonra qızlar alış-verişə gediblər.

Hər iki qız barəsində "xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq" maddəsi ilə cinayət işi açılıb.

"Sberbank" rəhbərliyi isə belə bir fırıldağın necə həyata keçirilməsi ilə maraqlanır.

Qeyd etmək lazımdır ki, Məryəm Dadaşeva 2013-cü ildə Rusiya Xarici Ticarət Akademiyasını bitirib. O, "Sberbank"a diplom almamışdan bir il əvvəl işə düzəlib. Onun kiçik bacısı Tamilla isə iqtisadiyyat və hüquq üzrə mütəxəssisdir.

Dadaşeva bacılarının sosial şəbəkələrdə paylaşdıqları fotolardan belə qənaətə gəlmək olar ki, onlar səyahət etməyi, restoran və klublarda əylənməyi xoşlayırlar.
Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTODadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTODadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTO

Xəbərlər     Baxılıb: 1829   Tarix: 24 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

gozel gorunmek adlarin menasi makiyaj instagram ailə hamiləlik xəstəliklər zorlama səhnə qadindunyasi.az kosmetika vətənə aid bayatılar novruza aid hakisda dolca birlik haqqinda brusell bakteriyası