Daha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - Fotolar

Kosmetoloq Elnarə Rzayevanın qurbanlarının sayı durmadan artır. Onlardan biri də Xatirə Fərzullayevadır.

Xanim.az xəbər verir ki, başına gələnləri Criminal.az saytına danışan X.Fərzullayeva deyir ki, Elnarə Rzayevaya dodağındakı biopolimeri (gel) əritmək üçün müraciət edib. Onun sözlərinə görə, prosedurları etmək üçün kosmetoloqa 800 manat ödəyib:
''Onun vurduğu iynə dodaqlarımı yandıraraq bərbad vəziyyətə qoydu. Dəfələrlə qapısına getsəm də tərbiryəsizlik edərək söydü. Dodağımın yarası sağalsa da hazırda bərbad haldadır. Dodağımı dermatoloqlar güclə sağaltdılar. Başıma gələnlərlə bağlı Nəsimi rayon Prokurorluğuna şikayət etdim. İşi prokurorluğun əməkdaşı Ələkbər müəllim araşdırdı. Həmin şəxs mənə qaranlıq olan səbəbdən işi bağladı. O, vəkilimi kənara çəkərək pul da təklif edib.

Deyib ki, Elnarədən pul almışam, sənin haqqını verim, işi bağlayaq. Dəfələrələ prokurorluğa getsəm də, heç bir nəticə olmadı.

Ələkbər müəllim bildirdi ki, Elnarə yaxşı xanımdır, ona cinayət işi aça bilmərik. O qız başıma oyun açıb. Ələkbər müəllimlə əlbir olub, məni ələ saldı. Hər gün Ələkbər müəllim məni çağırırdı, sonra deyirdi get sabah gələrsən. Bir ay məni fırlatdı, axırda da nəticəsi olmadı. Ona görə də, Nəsimi Rayon Məhkəməsində iddia qaldırdım. Bir ilə yaxındır iş gedir, hələlik heç bir nəticə yoxdur. İşim hakim Rəşid Səmədovun icraatındadır. İki məhkəmə prosesi olub, heç birində Elnarə iştirak etməyib''.

X.Fərzullayevanın vəkili Toğrul Allahyarov açıqlamasında bildirdi ki, şikayətimiz əsasında E.Rzayeva barəsində cinayət işinin başlanmasını Nəsimi rayon Prokurorluğu və Polis İdarəsi rədd edib.

Vəkilin sözlərinə görə, Elnarə Rzayeva tibbi və əczaçılıq fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyindən lisenziya almayıb. Hazırda da lisenziyasız fəaliyyətini davam etdirir. Səhiyyə Nazirliyi vəkil sorğusuna cavab verib ki, E.Rzayeva onlardan heç bir sertifikat almayıb. İstifadə etdiyi preparatların mənşəyi isə bilinmir:

''Çünki dəfələrlə Vergilər və Səhiyyə nazirliklərinə müraciətlər etmişdik. Başqa bir vətəndaş Məmmədova Elnurə də həmin kosmetoloqdan şikayətçidir. Ona görə də Xatirə Fərzullayeva ilə birkildə həmin xanımın da iddiası var. Onlara tibbi prosedur ''Doktor Elnarə Rzayevanın Estetik Mərkəzi'' MMC və ''La sisters'' MMC-də həyata keçirilib''.

Vəkil əlavə edib ki, Elnarə Rusiya vətəndaşıdır, 8-ci kilometr qəsəbəsində B.Nuriyev küçəsində müvəqqəti qeydiyatdadır.

Araşdırması nəticəsində X.Ferzullayevadan başqa bir neçə şəxsin E.Rzayevanın qurbanı olduğu məlum olub. Onlar Validə Firidunova, Aygün Məmmədova, G.O-ovadır. Həmin şəxslərin işi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.
Daha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - FotolarDaha bir şəxs Elnarə Rzayevadan şikayət etdi - Fotolar

Xəbərlər     Baxılıb: 3161   Tarix: 26 may 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari toy makiyaji sekilleri cinsi xəstəliklər saçlara qulluq ayaqqabı bagirsaqlari temizlemek ucun kosmetika ikizler veten haqqinda bayati burclerin uyumu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz hakisdalari