Daha bir türk professorun dünyaya səs salacaq ixtirası

Daha bir türk professorun dünyaya səs salacaq ixtirasıQuersetin və C vitamini (QC) birləşməsi COVID-19-dan qorunmaq üçün peyvənd qədər effektiv ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Sağlamlıq Elmləri Universitetinin Qidalanma və Təhlükəsiz Qida Araşdırma Mərkəzinin sədri Həsən Önal tədqiqat aparıb. O bildirib ki, virusun yoluxma riski yüksək olan səhiyyə işçiləri üzərində aparılan klinik tədqiqatlar QC əlavələrinin uzunmüddətli və müntəzəm istifadəsinin xəstəliklərdən qorumaq gücünə malik olduğunu göstərib.
71 tibb işçisinə 2 bölünmüş dozada quersetin və vitamin C (QC) vurulub. Heç bir dərman vurulmayan 42 tibb işçisi isə profilaktik məqsədlərlə izlənilib. 120 gündən sonra bütün iştirakçıların antikorları yoxlanılıb. Məlum olub ki, bu müddət ərzində QC vurduran 71 tibb işçisindən sadəcə 1 nəfər, 42 nəfərlik izləmə qrupundan isə 9 nəfər virusa yoluxub.
Professor Həsən Önal QC əlavələrdən müntəzəm istifadənin koronavirus infeksiyasından əhəmiyyətli dərəcədə qoruduğunu bildirib. Tədqiqat dünyanın ən əhəmiyyətli tibb jurnallarından biri olan "Lancet"də nəşr olunub. Önal həyata keçirdikləri araşdırmanın ardından dünyanın müxtəlif universitetlərindən olan tədqiqatçıların da mövzu ilə əlaqədar araşdırmalara başladıqlarını və quersetinə marağın artdığını bildirib.
"COVID-19 infeksiyasından qorunmaq üçün tövsiyə olunan gündəlik quersetin dozası 1000 mq-dır. Lakin bir neçə gün ərzində 2000 mq istifadə etmək məsləhət görülür. Məhsulun uzunmüddətli istifadəsində ciddi əks təsiri olmasa da, hamilə qadınlar, süd verən analar, döş xərçəngi və ya böyrək xəstəliyi olan insanlar üçün uyğun deyil", - professor əlavə edib.
Həkim quersetinin COVID-19 virusunun hüceyrəyə yapışmasına mane olduğunu, immun reaksiyanı tarazlaşdırma qabiliyyəti ilə "sitokin fırtınası" riskini azaltdığını, damarın daxili divarını bərpa etdiyini, damarları genişləndirdiyini və laxtalanma əmələ gəlməsinin qarşısını aldığını deyib.
Quersetin nədir?
Flavonoidlər rəng verən bütün bitkilərdə rast gəlinən birləşmələrdir. Quersetin də bir çox meyvə və tərəvəzdə olan təbii flavonoiddir. Ürək-damar xəstəlikləri, xərçəng, astma və Altsheymer xəstəliyi riskini azaltmaq kimi bir sıra faydaları var.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2699   Tarix: 22 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

turlar.az

yay kolleksiyasi geymler 2026 makiyaj instagram hamiləlikdən sonra seksual qadinlar salat reseptləri oxatan burcu kosmetika vətənə aid bayatı bahar veten haqqinda atalar sozu vətən hekaye janri