"Daha yerə göyə sığmıram...." - Xalq artisti
"64 ildir ki, cavanlara örnəyəm. Fikrimcə, kifayətdir. İndi də onlar mənə örnək olsun".
Bu sözləri BiG.AZ-a açıqlamasında xalq artisti Flora Kərimova deyib. O sənətçilərin gənc ifaçılara dəstək olmağa çağırıb:
"Sizə deyim ki, ola bilər mahnı və ifada nüfuz qazanasan, amma insan kimi onu itirəsən. O zaman gördüyün bütün işlər heç olur. Hər birimiz insan olmayıq.
Qurban olum, mənim dilim acıdır. Axşam yatanda deyirəm ki, səhər şirin dillə qalxacağam. Bir də görürəm dilimin acısı məndən əvvəl gəlir. Bu dil mənə o qədər düşman qazandırıb ki, daha yerə göyə sığmıram. Doğru söz həyatda dəbdə deyil. Heç vaxtda olmayıb və olmayacaq da. Bir nəfər mənə deyib ki, gördün kiməsə cavab vermək istəyirsən qaç evə, gir yorğanın altına və başını ört, üstünə də yastıq qoy ki, bu dil danışmasın. Amma onu da edə bilmirəm. Nəfəsim çatmır".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir