Dahilərin xəstəliyi

Dahilərin xəstəliyiQıcolma tutması əhali arasında çox geniş yayılmış klinik haldır. El arasında buna ürəkgetmə, qıcolma da deyirlər. Ona görə də ürəkgetmə şəklində belə tutmaları olan xəstələr çox zaman kardioloqa müraciət edirlər. Bəzən bu tutmalar müxtəlif atipik əlamətlərlə təzahür etdiyindən çox vaxt diaqnoz və müalicə zamanı yanlışlıqlara yol verilir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a nevropatoloq Yeganə Rəşidova məlumat verib.
Nevropatoloq deyib: "Qıcolma tutmaları uşaqlar arasında çox geniş yayılıb. Buna bətndaxili və ya doğuş zamanı müxtəlif zərərli və zədələyici amillər səbəb ola bilər. Uşaqlarda beyinin kifayət qədər tam inkişaf etməməsi səbəbindən onun oyanması çox həssas olur və diffuz qıcolma reaksiyası ilə nəticələnir. Həmçinin körpələrdə beyin damarlarının keçiriciliyinin yüksək olması səbəbindən infeksiyaların təsirindən beyindaxili təzyiq arta və qıcolma ilə nəticələnə bilər.
Epilepsiya təkrar qıcolma tutmaları ilə xarakterizə olunan baş-beyinin xroniki xəstəliyidir. Epileptik tutmalar auralı və aurasız olur. Klassik epileptik tutmalar çox spesifik olur. Bəzi xəstələrdə tutmadan bir neçə saniyə öncə aura yaranır. Aura xəstədə xüsusi xəbərdaredici bir haldır. Belə ki, xəstələrdə bəzən tutmadan bir neçə saniyə öncə göz qarşısında qığılcımların olması, qulaqda bəzi səslərin eşidilməsi, sanki daxili gərginliyin artması kimi hallar olur. Bu əlbəttə ki, xəstələr üçün müsbət haldır. Onlar tutma olacağını bilir, özlərinə normal poza seçirlər ki, böyük zədə almasınlar. Aurasız qıcolma tutmaları daha təhlükəlidir. Belə xəstələr epileptik tutmalar zamanı travmatik zədələr ala bilirlər. Adətən bir xəstədə tutmadan öncə eyni aura baş verir. Lakin bir xəstə ilə digərinin aurası fərqlənə bilər. Auradan sonra huşun itməsi və qıcolma baş verir. Əvvəl toniki, ardınca klonik qıcolma qeydə alınır. Tənəffüs əzələləri cəng olduqda qısa müddətdə tənəffüs dayanması və dilin dişlənməsi baş verir. Qeyri-iradi sidik ifrazı, sonra tutma müşahidə olunur. Bəzən tutmadan sonra yuxululuq, bir sıra hallarda isə oyanıqlıq qeydə alınır. Xəstələrin bir qismində tutmalardan sonra baş ağrıları, halsızlıq kimi hallar müşahidə oluna bilər".
Mütəxəssisin sözlərinə görə, epilepsiyanın qeyri-epileptik tutmaları da mövcuddur. Yenidoğulmuşların asfiksiyası, hemolitik xəstəlikləri, doğuş zamanı aldıqları kəllədaxili travmaları, mərkəzi sinir sisteminin defekti, anadangəlmə eybəcərliklər, mikrosepaliya, hidrosepaliya zamanı, o cümələdən baş-beyin şişləri, damar və ürək patologiyaları, anevrizmalar, angiomatozlar, beyin qan dövranının kəskin pozuntuları, anadangəlmə ürək qüsurları, kəskin respirator xəstəliklər, neyroinfeksiyalar, meningitlər, ensefalitlər, yüksək temperatur zamanı qıcolmalar müşahidə oluna bilər. Epileptik tutmalar, həmçinin profilaktik peyvəndlər, müxtəlif intoksikasiyalar, bir çox müxtəlif maddələr mübadiləsi pozulmaları, bəzi qan xəstəlikləri, dərman, narkotik qəbulu, bəzi preparatların qəbulunun dayandırılması zamanı da qeydə alına bilər. Bunlar epilepsiyanın qeyri epileptik tutmalarıdır.
Qıcolma tutmalarının yaranmasının əsasında baş-beyin neyronlarının oyanıqlığının artması dayanır. Bu neyronlar da beyinin müvafiq yerində ocaq əmələ gətirir ki, onun oyanması hesabına qıcolma tutmaları baş verir. Baş-beyinin travmaları, deinsefal zədələnmələri, infeksiyaları, epilepsiyaya irsi meyillilik, hamiləlik zamanı ananın keçirdiyi intoksikasiyalar, infeksiyalar, onun qəbul etdiyi dərman preparatları, travma, abort təhlükəsi, doğuş vaxtı asfiksiyalar, cift dolaşması, sürətli və ya uzun çəkən doğuşlar, böyüklərdə qan dövranının kəskin pozulmaları, insultlar qıcolma tutmalarının yaranmasına səbəb ola bilər.
Epilepsiya xəstəliyindən dahi insanlar daha çox əziyyət çəkiblər. Ona görə də qədim zamanlarda epilepsiya "dahi xəstəlik" və ya "dahilərin xəstəliyi" adlandırılıb. Napoleon Bonapart, Yuli Sezar, Fyodor Dostoyevski, Fridrix Hendel, Alfred Nobel, Dante Aligyeri kimi məşhur insanlar bu xəstəlikdən əziyyət çəkiblər.
Y.Rəşidova bildirib ki, epilepsiyanın insanın yıxılması, ağzından köpük gəlməsi, qeyri-iradi sidik ifrazı kimi simptomlarının qeydə alınmasından başqa fərqli əlamətlərin müşahidə olunduğu atipik forması da var. Buna bəzən diqqət yetirilmir və epilepsiya xəstəliyinin olduğu anlaşılmır. Bəzi xəstələrdə uzun müddət davamlı olaraq udqunma, öskürək, gülmə, gözləri qırpma, üzdə, çiyində, bədənin müxtəlif nahiyələrində tiklərin olması, el arasında gözün yol çəkməsi adlandırılan dalmalar, fikir yayqınlığı, qarında tutmaşəkilli sancılar müşahidə olunur. Çox nadir hallarda budda və baldırda davamlı tutmaşəkilli kəskin ağrılar da qeydə alınır. Bu əlamətlər epilepsiyanın atipik formasına aiddir.
"Xəstəliyin diaqnostikası üçün xəstə bütün müayinələrdən keçirilir. Elektroensefaloqramma müayinəsi zamanı aşkarlanır ki, belə hallar epilepsiyanın atipik forması zamanı verir. Belə ki, bəzən xəstəlik çox müşahidə olunan və başqa heç bir əlaməti olmayan başağrısı fonunda da üzə çıxır. Yəni xəstədə heç bir əlamət olmur. Xəstə əsasən gicgah nahiyələrində qeydə alınan şiddətli baş ağrılarından şikayət edir. Ağrılar çox zaman ağrıkəsicilərə tabe olmur, xəstənin anamnezi və elektroensefaloqramma müayinəsi ilə aşkarlanır ki, bu hal epilepsiyanın atipik formasıdır. Ona görə də epilepsiya xəstələrə və həmin xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərə atipik əlamətlərə də diqqət yetirmələri, nevropatoloqa müraciət etmələri, onun müayinəsindən keçmələri tövsiyə olunur ki, xəstəyə dəqiq düzgün diaqnoz qoyulsun.
Qıcaolması olan hər kəs ilk öncə elektroensefaloqramma müayinəsindən keçməlidir. Səhvən əvvəlcə maqnit-rezonans tomoqrafiya müayinəsi aparılır. Doğrudur, maqnit-rezonans tomoqrafiya müayinəsi travmadan sonra beyin şişlərində olan qıcolmalar zamanı böyük əhəmiyyət kəsb edir. Lakin maqnit-rezonans tomoqrafiyada epilepsiyanın ocağı görünməyə bilər. Buna baxmayaraq, xəstədə tutmalar davam edə bilər. Çox zaman xəstələr ilk öncə maqnit-rezonans tomoqrafiya müayinəsindən keçirlər, müayinə zamanı heç bir dəyişiklik olmadığına görə ya arxayınlaşır, ya Həkimə müraciət etmir, ya da onun yazdığı dərmanları qəbul etmirlər. Nəticədə xəstələrdə böyük epileptik tutmalar baş verə, hətta epileptik statusa qədər gətirib çıxara bilər. Ona görə də qıcolma tutması olan hər bir insan əvvəlcə mütləq elektroensefaloqramma müayinəsindən keçməlidir. Müayinənin nəticəsinə mütəxəssis baxışı olmalıdır. Həkim ehtiyac yarandıqda dəqiq diaqnoz qoymaq üçün xəstəni digər müayinələrə göndərə bilər", - deyə nevropatoloq qeyd edib.
Yeganə Rəşidova epilepsiya xəstələrinin düzgün müalicə nəticəsində 95 faiz hallarda sağaldığını, həmin xəstəlikdən əziyyət çəkənlər arasında ölüm hallarının nadirən qeydə alındığını da diqqətə çatdırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1791   Tarix: 27 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

hamiləlik kosmetoloq geyim necə seçməli arıqlamaq dietası erzaqlar kivi murebbesi qadindunyasi.az kosmetika bir arzum var englishdilində qulaq burcler sac modelleri rus dilini öyrənək 2 ci dərs