Dalaqda yaranan problemlərə ən təsirli vasitələr: XALQ TƏBABƏTİ

Dalaqda yaranan problemlərə ən təsirli vasitələr: XALQ TƏBABƏTİDalaq insan orqanizmində qanyaradıcı üzvlərin ən böyüyüdür. Bu orqanın insan üçün əhəmiyyəti olduqca böyükdür. Burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır.
İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan çisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.
Dalaqda yaranan problemlərə qarşı bir neçə xalq təbabəti üsulu:
Çuğundurun yarpağını və özünü bişmiş halda yemək dalaq xəstəlikləri üçün münasibdir. Onu xardal və sirkə ilə yemək dalaq sıxılmasının qarşısını alır.
 Zəfəranın dalaq fəaliyyətinin pozulması hallarında işlədilməsi münasib sayılır.
 Dalaq sancması zamanı acı badam yemək münasibdir.
 Heyva şirəsi soyuqdan olan dalaq ağrısı üçün çox faydalıdır.
 Dalağı möhkəmləndirmək üçün acı paxlanı bal ilə qarışdırıb yemək münasibdir.
 Püstə yemək dalaq xəstəlikləri üçün faydalıdır.
Xardalı əncirlə döyüb təpitmə qoymaq dalaq şişinə qarşı çox faydalıdır. Bu məqsədlə əncir yarpağının təpitməsi də xeyirlidir.
Dalaq nahiyəsinə yulğun çöpünü sirkədə qaynadıb təpitmə qoyduqda yaxşı təsir edir.
 Qızdırma ilə müşayiət olunan dalaq böyüməsinə qarşı balqabaq qabığı İşlətmək olar.
İstifadə qaydası:
Balqabaq qabığını qurudaraq ondan 2-4 qram götürüb 10 qram sirkə ilə içməli.
 Dalaq böyüyəndə turp toxumu bir dərman vasitəsi kimi işlədilə bilər. Turp toxumunu yumşaq halda deyərək sirkəyə qatıb təpitmə qoymalı.
 Dalaq böyüyəndə vəzəri tətbiq edildikdə öz müsbət təsirini göstərir. İstifadə qaydası:
 Vəzərini üzüm sirkəsində qaynadıb günəş altında qurudur, sonra onu buğda ununa qatıb «çörək bişirir» və qurudub yumşaq halda döyürlər. Hər gün ondan bir qədər götürüb təpitmə qoyurlar.
Dalaq şişi sidiklə əlaqədar olarsa və sidiyin rəngi dəyişərsə, "Məcnun söyüdün yarpaqlarını kölgədə qurudub döyür və ondan 5 qrama qədər səhərlər çay və şəkərlə içirlər.
 Dalaq yarası olduqda 2,4 qram acı paxlanı işgəncəbi ilə yemək münasibdir.
Dalaq xəstəliyində üzərliyin tətbiq edilməsi öz müsbət təsirini tezliklə göstərir.
İstifadə qaydası:
Bitkinin toxum və yarpaqlarından 1-2 dəstə yığıb 200 qram sirkədə qaynatdıqdan sonra alınan təpitməni dalağın üstünə qoyub bağlamalı. Bu, şişi və ağrını kəsir.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3033   Tarix: 03 aprel 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

makiyaj instagram maskalar geymler 2026 yay donları 2026 oxucu mektubu səyahət əqrəb bürcü kosmetika pizza lakonizim toy gecesı qizliq perdesi sekisler