Damarları xolesterindən təmizləmək üçün 5 TƏBİİ ÜSUL
Yüksək xolesterin çox təhlükəlidir. Artıq, orqanizm tərəfindən istifadə olunmayan xolesterin damarlarda yığılmağa başlayır və nəticədə damarlar daralır, elastikliyini itirir, zəif, kövrək, partlamaya meyilli olur.
Məhz yüksək xolesterin ürək və damar xəstəlikləri, ürək tutması, infarkt və insultun əsas səbəbidir.
Orqanizmdə xolesterini salmaq üçün xüsusi preparatlar - statinlər təyin olunur. Lakin son illər statinlərin təhlükəli yanaşı təsirləri haqqında məlumatlar artmaqdadır. Belə ki, onların qəbulu şəkərli diabetin riskini artırır.
Milli.Az saglamolun.com-a istinadən bildirir ki, mütəxəssislər xolesterinin səviyyəsini salmaq üçün qida rasionu və həyat tərzində bəzi dəyişiklikləri etməyi tövsiyə edirlər.
1. Doymuş yağların azalması. Əsas mənbələr - yağlı qırmızı ət və yağlı süd məhsullarıdır.
2. Trans-yağlardan imtina. Söhbət marqarin, bərk bitki yağları (palma yağı və s.), dükanlarda satılan şirniyyatlar, yarımfabrikatlar, ucuz süd məhsullarından (onların tərkibinə palma yağı əlavə olunur) gedir.
3. Omeqa-3 yağlı turşularla zəngin olan məhsulların qəbulu. Bu dəniz balığı, qoz, kətan və zeytun yağlarıdır.
4. Qidalanmada lifli məhsulların artırılması. Liflər pis xolesterinin mənimsənilməsini azaldır və onun orqanizmdə xaric olunması prosesini stimullaşdırır. Belə məhsullar arasında paxlalılar, meyvə-tərəvəz, göyərtilər, yarmalar, buğda kəpəyi kimi məhsulları qeyd etmək olar.
5. Spirtli içklərin qəbulundan imtina.
Milli.Az /news.milli.az









100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO
Sinan Akçıl Türkiyə millisi üçün marş hazırlayır
Şahzadə Harrinin jurnalistlə sevgi mesajları ortaya çıxdı
Sən həmişə mənim balaca bacım olaraq qalacaqsan' - Fatimənin xınası oldu
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
Limonlu çay içənlər niyə daha uzun ömür sürür? - Mütəxəssislər açıqladı
Metin Akpınardan qızının 6 milyonluq təzminat tələbinə etiraz
Xərçəng aşkarlanan model ölümdən xilas oldu
Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL
Zamiqin bu xüsusiyyəti pisdir
Dilarə və Fəriddən yeni duet: "Sevəcəm
Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi