Damla od püskürdü: "O qadınların yerinə utanıram"

Damla od püskürdü: "O qadınların yerinə utanıram""Həmişə deyirlər ki, qadın dözməlidir, güzəştə getməlidir. Hər zaman qadınlar əlindən gələni edirlər. Lakin qadının da səbrinin daşan vaxtı olur. Qarşı tərəf qadının fədakarlığına kobud cavab verəndə içindəki səbr daşır".

Ailem.az-ın məlumatına görə, bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan "Xanımlar və cənablar" verilişində müğənni Damla deyib. Ailədə güzəştə getməkdən danışan Damla qadınların daha çox fədakar olduğunu bildirib: "Biz nə vaxta qədər futbola baxmalıyıq? Evdə biz yalnız futbola baxmalıyıq, başqa heç nəyə? Uşaqlıqdan atam, sonra qardaşım bütün günü futbola baxırdı, indi də oğlum futbolçudur. 10 yaşı var. Hər otaqda bir top var, bütün ev futbol aksessuarlarıdır. Oğlumdur deyə güclə səbr edib dözürəm. Evində əri səhərə qədər futbola baxanlara yazığım gəlir. Kimsə bütün günü futbola baxsa, mən ona reaksiya bildirərəm".

Müğənni qadınların əsəbləşməyində də kişiləri günahlandırır. Damla deyir ki, kişilərin əksəriyyəti evinə, ailəsinə biganədir: "Biz xanımlar nahaq yerə aşıb-daşmırıq, nahaq yerə əsəbləşmirik. Hansısa bir xanımın günü evdə xoş keçirsə, bütün günü yağ-bal yeyirsə, niyə əsəbləşsin? Kişinin günü küçədə, dostları ilə çayxanada keçirsə, əlbəttə, qadın əsəbləşəcək. Axı sənin ailən var. Nə qədər dost, çayxana olar?!"

Lakin Damla bəzi məqamlarda qadınlara haqq qazandırmır. O, pula düşkün qadınların olduğunu da etiraf edir. Deyir ki, bir çox xanımlar xoşbəxtliyini pula qurban verir: "Qadın var ki, pulu sevir, baxmır kişi yaraşıqlıdır, ali savadlıdır, ya yox. Təki kişinin pulu olsun, onun da günü gözəllik salonlarında, alış-verişdə, istirahətdə keçsin. Qadın da var, onun üçün kişinin xarici görünüşü önəmlidir. Deyir, kasıb olsun, amma yaraşıqlı, gözəl olsun. Yolla gedəndə hamı baxıb desin ki, bunun həyat yoldaşı nə yaraşıqlıdır. El şənliklərində çox oluruq. Baxırsan ki, gözəl, ali savadlı gəlindir. Amma ərə getdiyi oğlanın ali təhsili yoxdur, atasının hesabına yaşayan biridir. Nədi-nədi toyu təmtəraqlı keçsin, tanınmış müğənnilər oxusun, həyatı gözəl keçsin deyə onunla ailə qurub".

Müğənninin fikrincə, söz-söhbətdən uzaq olmağın yeganə yolu anlayışlı olmaqdır: "Yeganə millətik ki, başqaları üçün yaşayırıq. Desinlər, bax, kimə ərə getdi, bahalı qızıl gətirdilər. Mən şəxsən başqaları üçün yaşamıram. Bahalı gəlinlik geyinməyim, amma hüzurum olsun. Münasibətdə sayğı varsa, qadın və kişi bir-birinin səhvini udacaqlar. Çünki insan sevdiyinə qıymaz. Çox vaxt fikir verirəm, kişilər həyat yoldaşı ilə elə rəftar edir ki, həmin qadınların yerinə utanıram. Deyirəm, görəsən, bu xanım niyə dözür? Əri onu itələyir, kobud rəftar edir. Amma baxırsan ki, xanım gözəl geyinib, üst-başı qır-qızılla doludur. Demək, pula görə onunla həyat sürür".

"Xanımlar və cənablar" proqramın digər qonaqları olan xalq artisti Cəfər Namiq Kamal, müğənni Nicat Rəhimov və psixoloq Vəfa Əkbər də ailə münasibətlərindən bəhs ediblər.

Qeyd edək ki, Space telekanalında Elnarə Xəlilovanın təqdimatında yayımlanan "Xanımlar və cənablar" proqramı həftə içi beş gün saat 17:30-dan etibarən iki saat müddətində yayımlanır. Proqramın informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.

Xəbərlər     Baxılıb: 3068   Tarix: 28 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim seçimi yaz geyimleri 2026 muslim somen beautiful hamiləlikdə qidalanma sabir haciyev qidalandirici maskalar kosmetika birlik aslan atalar sözü novruza aid oğlan evine aid hakisda