Dar şalvar geyinməyin inanılmaz fəsadları

Dar şalvar geyinməyin inanılmaz fəsadları"İndiki gənclərin çoxu, orta nəslin də bəzi nümayəndələri dar şalvar geyinir. Amma unutmayaq ki, dar şalvar geyinməyin fəsadları çoxdur". 
Milli.Az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında həkim-ginekoloq Təranə Həsənova deyib. O bildirib ki, hər zaman mən öz pasiyentlərinə dar şalvardan uzaq durmağı tövsiyə edib:
"Dar şalvar kiçik çanaq orqanlarının qan təchizatında və sinirlərdə problem yarada bilər. Dar şalvarın bir neçə saat bədəndə qalması hesabına orqanlar sıxılır. Nəticədə sıxılan qan damarlarında və sinir sistemlərdə ciddi fəsadlar üzə çıxır. 
Kiçik çanaq orqanlarındakı damarların sıxılması damarların divarlarında problemlər yaradır. Bundan başqa dar şalvar bu çanaq orqanlarının özündə də ciddi fəsadlar yarada bilər. Çünki digər orqanlar kimi kiçik çanaq da davamlı olaraq qanla qidalanır. Xüsusən, menstrual problemləri olan qadınlar və qızlar dar şalvardan uzaq durmalıdırlar".
Həkim-ginekoloq onu da əlavə edib ki, dar şalvar geyinən insanlarda bir qayda olaraq sinirlər sıxılı vəziyyətdə olur:
"Bu da bir sıra xəstəliklərə aparıb çıxarır. Sinir xəstəliklərinin isə bəzən müalicəsi mümkün olmur. Belə xəstələr müayinə olunarkən onlarda genetik olaraq heç bir xəstəlik aşkar olunmur. Bununla belə həmin şəxslər davamlı olaraq ağrılardan şikayətlənirlər. Bundan əlavə bu sıxılmalar iltihablı xəstəliklərə də yol açır. Dar şalvar geyinən qadınların uşaqlıq borusu normal havalanmır. Bu səbəbdən də uşaqlıq borusunda iltihablar əmələ gəlir. Bunu isə çox az qadın anlaya bilir. 
Dəfələrlə bizə müraciət edən qadınlar olub ki, iltihabdan şikayətlənirlər. Baxmayaraq ki, onlar davamlı şəkildə müalicə aldıqlarını deyirlər. Son vaxtlar belə bir hala da rast gəlirik ki, sintetik və dar alt paltarı geyinən qadınlarda allergik xəstəliklər meydana çıxır. Ona görə də dar şalvardan çox istifadə etmək olmaz".
Milli.Az

Xəbərlər     Baxılıb: 1384   Tarix: 31 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

aksessuarlar gözəllik məhsulları geyim şəkilləri 2026 cu ilin modasi sidik yolu infeksiyalari sizanaqlara qarsi resept vətən haqqında bayatı kosmetika haxisda novruz bayramı hesaplama burcler haqqinda novruz bayramina aid hakisdalar