Dar şalvarların zərərləri

Dar şalvarların zərərləriQadınların uzun müddət dar şalvar geyməsi damarların sıxılaraq qeyri-normal vəziyət almasına səbəb olur. Rəhmdə iltihablanma, göbələk, ayaqların büküm yerlərində bədən yaralarına da səbəb olur. Bu cür geyimlər mütəmadi geyinilərsə rəhm və yumurtalıq xərçənginə də səbəb ola bilər. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxdığına görə mədə yırtılmasına, mədə xorasına-qastritə səbəb ola bilər.

Əsasən qış aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından təhlükəli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kapron corablar da bu qəbildən olanlardır. Əsasən də revmatizm-yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına maneə törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.

Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. El arasında bir məsəl də var, "ayağını isti saxla, başını sərin". Mütəxəssislər bildirir ki, xüsusilə gənc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, incə və zərif görünmək məqsədi ilə paltarlar diqqətli seçilmir. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdığı üçün soyuq hava birbaşa bədənə təsir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiyə gedən, qarın boşluğunda sancılar olan və cinsi orqanından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar.

Gözəllik və Moda     Baxılıb: 3145   Tarix: 30 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

turlar.az

yaz geyimleri 2026 toy makiyajlari adlarin menasi aybasi qani ile cadu hicab bağlamaq donlar mədə xorası kosmetika qaynana hakista hakisda oxatan olumu kurtlar vadisi