Darı yarmasının faydaları

Darı yarmasının faydalarıDarı dənli bitkilərdəndir. Əvəllər onu "qızıl dən" adlandırıblar. Darının sarı, ağ, boz və qırmızı rəngələri olur. Ondan şərq ölkələrində də, slavyan ölkələrində də istifadə olunur. O şərqi slavyan ölkələrinin milli yeməyi hesab olunur. Onu digər dənli qidalardan fərqləndirən tərkibində yağın miqdarının çox olması və orqanizmdən antibiotiklərin xaric olunmasını sürətləndirməsidir. Bu səbəbinə görə mütəxəssislər antibiotik qəbulundan sonra darıdan hazırlanan yeməklərlə qidalanmağı məsləhət bilir. Darı orqanizm üçün çox faydalı olan dənli qidalardandır. Ondan əsasən sıyıqların hazırlanmasında istifadə olunur. Darı dənələri sarının açıq qəhvəyiyə çaları rəngdə olur. Onun növlərindən asılı olaraq rəngləri müxtəlif çalarlarda ola bilir. Darı allergiyaya səbəb olmayan qidalardandır. O orqanizm tərəfindən asan sorulur. Buna görə də qidalara qarşı həssaslığı olan adamlara da darı yemək mümkündür.
Darının tərkibi 12-15% zülallardan, 2-4% yağlardan, 0,5-0,8% liflərdən, az miqdarda şəkərdən, B1, B2, PP vitaminlərindən, kalium və maqniumdan ibarətdir. Onun tərkibi əvəzolunmaz amin turşularla, mikro və makro elementlərlə, fol turşusu ilə zəngindir.
Onun tərkibində olan zülalların miqdarı düyüdə olduğu qədər, yağların miqdarı isə yulafın tərkibində olduğu qədərdir.
Tibbdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Darı tez bişən dənli qidalardandır. Ondan şorbaların və digər qidaların bişirilməsində, pudinqlərin hazırlanmasında istifadə edilir. Atereskleroz, şəkərli diabet xəstələrinə darı şorbası yemək çox faydalıdır.
Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir. Xalq təbabətində darıdan aşağıdakı xəstəliklər zamanı istifadə edilir.
Şiş xəstəlikləri zamanı 1 xörək qaşığı darı 2 stəkan suda 15 dəqiqə qaynadılır, 21 saat termosda saxlanılır. Həmin dəmləmə gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Şəkərli diabet xəstəliyində darı yuyulur və qurudulur. Üzərinə qaynar su əlavə edilir və 2 saat saxlanılır. Bu su gündə 3 dəfə ½ stəkan olmaqla qəbul edilir.
Darının zərərli xüsusiyyətləri
Çoxlu miqdarda darıdan istifadə edən kişilərdə cinsi zəiflik meydana çıxa bilir. Çoxlu miqdarda darı yemək orqanizmdən yodun sorulmasını ləngidir. Bəzi həkimlər darıdan çox istifadə edənlərə yod preparatları qəbul etməyi məsləhət bilir. Yod çatışmazlığından əziyyət çəkənlərə darı yeyərkən həkimləri ilə məsləhətləşmələri tövsiyə edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1598   Tarix: 27 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig