Davamlı olaraq burun axıntısından əziyyət çəkənlər oxusun

Davamlı olaraq burun axıntısından əziyyət çəkənlər oxusunBurun axıntılarının davamlı olması heç də hər zaman xəstə olmaqdan irəli gəlmir. Bu, burun toxumalarını qıcıqlandıran və ya orada iltihab prosesini stimullaşdıran hər hansı səbəbdən də qaynaqlana bilər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, burundakı toxumalar, qan damarları ətraf mühitin təsirinə reaksiya verdikdə və özünü qoruma ehtiyacı hiss etdikdə maye və ya selik yaradır, bununla da axıntı başlayır. Bəzi insanlarda heç bir səbəb olmadan bu proses olur. Semptomlar allergiyaya bənzəsə də, immunitet sisteminin soyuqdəymə zamanı verdiyi reaksiya ilə heç bir əlaqəsi yoxdur. Səbəb isə stres, hamiləlik, təzyiq dərmanları, burun damcılarından uzun müddət istifadə, həddindən artıq fiziki fəaliyyət, cinsi əlaqə, siqaret tüstüsü, hava dəyişikliyi, ətir, ədviyyatlı yemək, hətta parlaq işıqdan qaynaqlana bilər.
Bu problemin qəti müalicəsi olmasa da aşağıdakı vasitələrdən istifadə edərək azalda bilərsiniz.
1. 3 çay qaşığı yodlaşdırılmamış duz və 1 çay qaşığı sodanı qarışdırın. Bu qarışımı 3/4 litr qaynadılmış və ya distillə edilmiş suya əlavə edib, yaxşıca qarışdırın. Məhlulu şprislə burun dəliklərinə asta şəkildə sıxın.
2. Bol maye qəbul etmək vacibdir. Bu, seliyin çıxarılmasını asanlaşdırır. Əks halda, selik qatılaşacaq və yapışqan olacaq, Bu da burnun tıxanmasına gətirib çıxaracaq. Belə hallarda bədəndə mayenin ixrac olmasını sürətləndirən qəhvə, qara çay və limon suyunu içməməyə çalışın.
3. Buxar vannası qəbul edin. İsti buxarı burun axıntısını azaltmağa kömək edir. Soyuqdəymə olan insanlarla aparılan araşdırmada buxarla inhalyasiya edənlər və etməyənlər arasında sağalma müddəti müqayisə edilib və buxar vannasının sağalmanı sürətləndirdiyi görülüb. Buxar vannası zamanı qaynar suya 3-4 damcı müxtəlif yağların damcılanması effektivliyi artırır. Evkalipt, nanə, şam, rozmarin, adaçayı və kəklikotu yağları daha çox tövsiyə olunur. Evdə bu bitki yağları yoxdursa, 1-2 çay qaşığı quru nanə, sarıkök, kəklikotu, zəncəfil də istifadə bilərsiniz.
4. Sarımsaq antibakterial və antiseptik xüsusiyyətlərə malikdir. Bir neçə dəqiqə 2 stəkan suda üç və ya dörd diş əzilmiş sarımsağı qaynadın. Üzərinə bir az şəkər əlavə edib, gündə iki dəfə için. Gün ərzində üç-dörd dəfə kiçik bir parça sarımsaq çeynəmək də tövsiyə olunur. Sarımsaq axıntının qarşısını almaq və ya azaltmaq üçün müntəzəm olaraq qəbul edilə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 968   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik