Dəfnə yarpağı - həm ədviyyat, həm dərman
Dəfnə həmişəyaşl ağacdır, yazda və qışda yarpağını tökür.
Qədim Elladada Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar.
Azertag.az bildirir ki, xoş ətirli bitki olan dəfnənin may və oktyabr ayları arasında yığılan yarpaqları daha faydalıdır. Meyvələri yaşıl olur, sonradan tündləşib qaralır.
Yarpaqlarından mətbəxdə geniş istifadə edilir. Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir. Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir.
Həmçinin ondan natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur. Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir. Dəfnə yağı mikroböldürücü, sidikqovucu, tərlədici, spazmgötürücü və ağrıkəsici təsir göstərir. Onun saç tökülməsinə qarşı istifadə edilməsi tükləri möhkəmlədir, kəpəklənməni azaldır, saçlara yumşaqlıq və parlaqlıq verir. Dəri xəstəlikləri zamanı da həmin yağdan istifadə olunması faydalıdır.
Dəfnə yarpaqlarından hazırlanan sabunlar antiseptik və nəmləndirici təsirə malik olduğundan saçda göbələk əmələ gəlməsinə mane olur, saç diblərindəki məsamələri açır və tüklərin bərpasına kömək edir.
Onun yarpaqları şəkərli diabet xəstəliyinə də xeyirlidir, qururdulmuş dəfnə yarpağı ilə təzəsinin arasında fərq yoxdur, tərkibcə eyni olur. Yarpaq xlorofillə zəngindir, tərkibində efir yağları, üzvü turşular çoxdur. Ağızda stomatitlər zamanı dəfnə yarpağı çeynəmək çox səmərəlidir. Sızanaqlardan xilas olmaq üçün dəfnənin antiseptik təsirindən istifadə olunması faydalı nəticələr verir.
Dəfnə yarpaqlarının dəmləməsi ayaq qoxusu, ayaqda ağrılar və şişkinlik kimi yayılmış problemləri həll etməyə kömək edir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi