DƏHŞƏT! Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ

DƏHŞƏT! Azərbaycan restoranında İFTARDAN kütləvi ZƏHƏRLƏNMƏ28 mall-da yerləşən restoranların birində zəhərlənmə faktı qeydə alınıb.

BiG.AZ-a daxil olan məlumata görə 19 iyun tarixində iftar süfrəsində zəhərlənmə hadisəsi baş verib.
Belə ki, Nailə Əmrullayeva nəvəsi və gəlini ilə 28 mall-da yerləşən, "Pak Dad", "Manqal" şəbəkəsinə məxsus olan "Zirinc" restoranında iftar edərkən zəhərlənib. İftar süfrəsindən bir neçə saat sonra ailənin səhhəti pisləşib.
Nailə Əmrullayevanın verdiyi məlumata görə iftar menyusuna daxil olan yeməklərin dadında turşluq hiss olunurdu:
"Axşam iftar etmək üçün 28 mall-ın 3-cü mərtəbəsində yerləşən "Zirinc" restoranına getdik. Gəlinim nəvəm də yanımdaydı. Nəvəmin 3 yaşı var. Orada bizə dedilər ki, iftar menyumuz var, qiyməti də münasibdir. 8 manata olan iftar menyusu sifariş etdik. Qarabaşaq üstündə ət və rəngli bibərlə, mərci supu, toyuq salatı və paytaxt salatı gətirdilər. Yeyəndə qarabaşağın da bərkidiyini hiss etmək olurdu, paytaxt salatından da turş dad gəlirdi, yeməyi belə axıra qədər yeyə bilmədik. Artıq evə çatanda halımız pisləşdi. Gecə saat 3-ə qədər qaytarmışıq. Bu müqəddəs gündə istəmirik ki, bizim kimi inanclı insanlar iftar süfrəsindən zəhərlənsinlər".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bu kimi halları istehlakçılarının hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirdi:

"Zirinc" restoranında, eləcə də digər restoranlarda müştərilərin zəhərlənməsi halları birbaşa olaraq istehlakçıların hüquqlarının pozulması hallarıdır və istehlakçılar belə olan təqdirdə istənilən kompensasiyanı tələb etmə haqqına malikdirlər. Lakin Səhiyyə Nazirliyi istehlakçıların hər hansısa bir məhsuldan zəhərlənməsi ilə bağlı rəy verməyəcək. Çünki Səhiyyə Nazirliyi əgər hər hansısa bir məhsuldan zəhərlənməni təsdiq etsə, həmin şirkət nazirliyin verdiyi sertifikatı götürüb qoyacaq nazirliyin masasına. Burada da bəzi maraqlar toqquşur. Lakin həmin ailə Azad İstehlakçılar Birliyinə müraciət etsə, biz onların hüquqlarının qorunması istiqamətində bəzi addımları ata bilərik. Ölkə başçısının bu ilin fevral ayında imzaladığı fərmanla "Qida Təhlükəsizlik Agentliyi"-nin yaradılması bu kimi neqativ halların qarşısını birdəfəlik alacaq. Nə qədər ki müstəqil ekspertiza yoxdur, bu kimi neqativ hallar baş alıb gedəcək. Əgər hər şey qanun çərçivəsində aparılsa, həmin şirkət onlara kompensasiya ödəməli və onların bütün müalicə və müayinə xərclərini qarşılamalıdır".

"Zirinc" restoranı və digər restoranlar şəbəkəsinin meneceri isə məsuliyyətdən boyun qaçırdaraq onların məhsullarından zəhərlənmə faktının olmasını mümkünsüz adlandırdı.

Xəbərlər     Baxılıb: 1785   Tarix: 20 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler hamiləlik yay kolleksiyasi tənəffüs orqanları ayaqqabı xorionik qonadotropin müsabiqələr kosmetika novruz bayramına aid hakışda novruz bayramina aid hakisdalar burcler haqqinda 8 mart baliq burcu