"Dəhşətli bir pandemiyanın olması proqnozlaşdırılır" - XƏBƏRDARLIQ

"Virusun kimlərsə tərəfindən məqsədyönlü şəkildə yayılıb bəşəriyyətə ötürülməsi ciddi bir ittihamdır və buna ciddi əsaslar olmalıdır. Mən hesab edirəm ki, məsələni bu şəkildə qoymaq düzgün deyil".
Milli.Az xəbər verir ki, bu fikirləri musavat.com-a tanınmış həkim, professor Adil Qeybulla bildirib.
"O ki qaldı virusun təsadüfən hər hansı bir laboratoriyada, laboratoriya işçilərinin ehtiyatsızlığı səbəbindən ətrafa yayılması versiyasına, hər halda bu, müəyyən ehtimal olunan versiyadır. Mən düşünürəm ki, əslində koronavirus pandemiyasının olması gözlənilən idi. Niyə? Ona görə ki, koronavirus keçən əsrin 60-cı illərində heyvanlardan insanlara transfer edilib, bu, heyvani mənşəli virusdur, zoontrop virusdur və insanlara transfer edəndən sonra ötən əsrin sonuna yaxın bir neçə performans göstərib. SARS-1 Honkonqda min nəfərə yaxın insan tələfatına gətirib çıxardı. Sonra MERS, yəni Orta Şərq Respirator Sindromu virusu ortaya çıxdı. Bu da koronavirusun bir növü idi.
Ondan sonra SARS-2 peyda oldu və SARS-2 də qlobal bir pandemiya yaratdı. Nəzərə almaq lazımdır ki, istənilən RNT daşıyıcı viruslar mutasiyaya uğradığına görə istənilən keyfiyyəti əldə edə bilər. Yəni çox yoluxuculuq, geniş yayılma, kontagiozluq, öldürücülük təsiri və s.", - deyə həkim əlavə edib.
Adil Qeybulla qeyd edib ki, koronovirus hava-damcı yolu ilə yayıldığına görə qlobal pandemiya törədib:
"Məsələn, Ümumdünya Səhiyyə Təşkilatına görə, insan sağlamlığını təhdid edən 10 amildən biri bizi qarşıda gözləyən qrip virusu və onun pandemiyasıdır. Qrip hər il yeni bir ştamla peyda olur. Amma nə vaxtsa dəhşətli bir pandemiyanın olması proqnozdaşdırılır, misal üçün, ispan qripi şəklində. Ona görə də bu koronovirus pandemiyasının olması əslində proqnozlaşdırılan idi. Bütün bunların hamısı sonda həddən artıq insan artımına gəlib çıxır. İnsanlar artdıqca faunanı, floranı məhv edir. Heyvanlarda olan viruslar insanlara transfer edir və nəticədə də bu vəziyyət yaranmış olur. Bu, sanki təbiətin öz-özünü tənzimləməsidir.
Hətta laboratoriyada olub və oradan yayılması versiyası belə istənilən halda gəlib buna çıxır. Hesab edirəm ki, yaşadığımız planetdəki yerimizə, mövqeyimizə, münasibətlər sisteminə - hər şeyə yenidən baxmalıyıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, yer kürəsində istilik tənzimləyən mexanizmlərin pozulması, digər tərəfdən kütləvi insan artımı və onların fəaliyyəti nəticəsində bir az da bu prosesə təkan verilməsi yer kürəsini faciələrə doğru aparıb. Biz bunu dərk etməliyik".
Qeyd edək ki, ABŞ Konqresi 1,1 milyon ölkə vətəndaşının həyatına son qoyan COVID-19 pandemiyasının səbəbləri ilə bağlı araşdırmanı başa çatdırıb. 520 səhifəlik hesabat Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin epidemiyanın vəziyyətini öyrənən alt komitələrindən biri tərəfindən təqdim edilib.
İki illik araşdırmadan sonra konqresmenlər virusun böyük ehtimalla laboratoriya mənşəli olduğu qənaətinə gəliblər. Komissiyanın sədri Bred Uenstrup Konqresə göndərdiyi məktubda "Bu iş Birləşmiş Ştatlara və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, hazırlamağa, ondan qorumağa və inşallah qarşısını almağa kömək edəcək" deyib.
Hesabatda həmçinin vurğulanır ki, SARS-CoV-2 (COVID-19) çox güman ki, Uhan Virusologiya İnstitutundakı (Çin) "laboratoriya və ya tədqiqat"dan sızma nəticəsində ortaya çıxıb. Virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu deyilir.
AFP-nin xəbərinə görə, hesabatda habelə bildirilir ki, ABŞ Milli Səhiyyə İnstitutu virusların "funksiyasını əldə etmək" - onlarla mübarizə yollarını müəyyən etmək üçün institutda mübahisəli tədqiqatları maliyyələşdirib.
"Laboratoriyadakı tədqiqatçılar SARS-CoV-2-yə bənzər bir virusa 2019-cu ilin payızında, qida bazarında aşkar edilməmişdən bir neçə ay əvvəl yoluxublar", - hesabatda vurğulanır.  
Milli.Az 

Xəbərlər     Baxılıb: 1331   Tarix: 08 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi qis geyimləri 2026 gozel gorunmek atalar sozleri ve meseller tutun faydalari həzm orqanları ehtiraslandiran sozler kosmetika rus dilini oyrenek 2ci ders faydalı məsləhətlər kurtlar vadisi novruz hakıştası webnem tovuzlu