Dəm qazından boğulma hallarının qarşısı necə alınmalıdır? - "Azəriqaz" rəsmisi AÇIQLADI

Dəm qazından boğulma hallarının qarşısı necə alınmalıdır? - "Bəzən deyirlər ki, qaza nəsə qatılır və dəm qazı ilə bağlı problemlər yaranır. Lakin bu belə deyil, dəm qazı yalnız təbii qazın yanmasından əmələ gəlmir".
Xəzərxəbər xəbər verir ki, bu fikirləri "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.
O bildirib ki, dəm qazı ilə bağlı hadisələrin 90 faizi hamam otağında, 3-5 faizi isə digər otaqlarda yaşanır:
"Bunun səbəbi otaqda oksigen səviyyəsinin balansının pozulmasıdır. Digər otaqlarda oksigen norması var. Hamam otaqlarında qapılar kip bağlanır, aşağıda texniki normativlərə uyğun dəlik və ya məsamə qoyulmalıdır. Bu normalara riayət olunmur.
Dəm qazından boğulma halları qış aylarında daha çox baş verir. Yayda hava isti olduğundan az miqdarda qaz yanır, qış aylarında isə qazın miqdarını artırırıq. Yanma məhsulu artır, oksigen tələbatı artır. Qapı tamamilə bağlı olduğunda yanma prosesi pozulur və 3-4 saniyə ərzində boğulma prosesi yaşanır. Dəm qazının qoxusu olmadığından insan reaksiya verməyə fürsət tapmır".
"Eyni zamanda tüstü bacalarının zamanında təmizlənməsinə diqqət edilməlidir. Daha bir məqam həyət evlərində texniki şərtə uyğun tüstü bacalarının quraşdırılmamasıdır. Kustar üsulla hazırlanan bacalarda küləkli havalarda tüstü içəridən çölə yox, daha da çöldən içəriyə doğru dolur.
Bu da təhlükəli məqam yaradır. Bunlar yaşanmasın deyə bina evlərində, həyət evlərində hamam otaqlarına qoyulan qapılarda daimi hava daxil ola biləcək dəliklər olmasına, tüstü bacasının təmizliyinə, bacaların texniki şərtə uyğun qaydada quraşdırılmasına mütləq diqqət edilməlidir. Bunlara diqqət edilsə, hadisələr 90 faizə qədər azalacaq", - deyə o qeyd edib.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1101   Tarix: 02 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

gozel gorunmek hamilelikde qidalanma yay geyimləri 2026 dodaq qadin dunyasi.az ev dekorasiyası balamı sevirəm kosmetika novruz bayrami hakisda hakista vidyolar buga burcu novruz bayramına aid hakışta