Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıb

Demensiyalı insanlar üçün təhlükəli olan dərmanlar açıqlanıbAntipsikotiklərin (antipsikotiklər və ya əsas trankvilizatorlar) qəbulu demensiyalı insanlarda insult, qan laxtalanması, infarkt, sınıqlar, pnevmoniya və kəskin böyrək zədələnməsi riskini artırır.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu "BMJ" jurnalında dərc olunan araşdırma göstərib.
Yeni araşdırmada tədqiqatçılar İngiltərədə 1998-2018-ci illər arasında demensiya diaqnozu qoyulmuş 173 910 nəfərin məlumatlarını təhlil ediblər.
Onların orta yaşı 82 və 63%-ni qadınlar təşkil edib. Diaqnozdan bir il əvvəl onlara antipsikotiklər təyin olunmayıb.
Belə ki, 35 mindən çox xəstə antipsikotiklər (ən çox risperidon, quetiapin, haloperidol və olanzapin) qəbul edib. Nəticədə onların istifadəsi xəstələrdə kəskin böyrək zədələnməsi riskini 1,7 dəfə, insult və venoz tromboemboliya riskini 1,6 dəfə artırıb.
Həmçinin, antipsikotik qəbul edənlərin ürək xəstəlikləri və pnevmoniyaya tutulma ehtimalı daha yüksəlib. Riskləri hesablayarkən elm adamları xəstələrin həyat tərzi faktorlarına və qəbul edilən digər dərmanları da nəzərə alıblar.
Təhlükəsizlik narahatlıqlarına baxmayaraq, antipsikotiklər demensiyanın davranış əlamətləri üçün geniş şəkildə təyin olunmağa davam edir, bunlara aşağıdakılar daxildir: apatiya, depressiya, aqressiya, narahatlıq, əsəbilik, delirium və psixoz. Bu, qismən antipsikotiklərə təsirli alternativlərin olmaması ilə əlaqədardır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1795   Tarix: 20 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti sevgi dünyası sepkilere qarsi mualice yasil pomidor tutmasi dirnaqlara qulluq qaydalari kosmetika vidyolar gözellik qiz evi sevda xlor lekesi