Depilyasiyadan sonra dəriyə necə qulluq etmək lazımdır?

Depilyasiyadan sonra dəriyə necə qulluq etmək lazımdır?Depilyasiya dəriyə travmatik təssir göstərir. Depilyasiya zamanı dəridə ağrı , qıcıqlanma, bəzən isə iltihabi proseslər və piqment ləkələri meydana gələ bilir. Bunların baş verməməsi üçün isə depilyasiyadan sonra dəriyə mütləq qulluq eləmək lazımdır. Depilyasiyadan sonra xoşagəlməz hallarla rastlaşmamaq üçün aşağıdakı qaydalara mütləq əməl eləmək lazımdır.
Dezinfeksiya etmək
Depilyasiyadan sonra dezinfeksiya eləmək tük köklərinə bakteriyaların düşməsinin qarşısını alır. Bunun üçün xüsusi dezinfeksiyaedici losyonlardan istifadə eləmək lazımdır. Əgər losyonunuz yoxdursa, o zaman spirtli pambıqla və ya furasillinlə isladılmış pambıqla dərinizi silə bilərsiniz.
Sakitləşdirmək
Depilyasiyadan sonra dəriyə sakitlik vermək lazımdır. Bu məqsədlə sarıkökü suda həll edib zeytun yağı ilə qarışdıraraq dərinizə sürtə bilərsiniz. Sakitləşdirici maskanı hazırlamaq üçün az miqdarda suya sarıkök qatılıb krem halına gətirilir və üzərinə zeytun yağı əlavə edilir. Bu zaman dəri sakitləşir və qıcıqlanma əlamətləri meydana çıxmır.
Qulluq etmək
Depilyasiyadan sonra dəriyə mütləq qulluq etmək lazımdır. Bu məqsədlə yumşaldıcı krem sürtmək lazımdır. Krem vasitəsi kimi duşdan sonra istifadə etdiyiniz kremdən istifadə edə bilərsiniz.
Qidalandırmaq
Depilyasiya edilmiş nahiyəyə hər axşam qidalandırıcı krem sürtmək lazımdır. Bunun üçün aşağıdakı bitki yağlarının qarışımından istifadə edə bilərsiniz.
* 2 damcı lavanda yağı
* 1 damcı çay ağacı yağı
Qorumaq
Depilyasiya edilən dərini sutka ərzində qıcıqlandırmaq olmaz. Belə ki, depilyasiyadan sonra sutka ərzində dərini düz düşən günəş şüalarından qorumaq lazımdır. Bu dəridə piqment ləkələrinin əmələ gəlməsinə səbəb ola bilir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1124   Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Sağlam qaraciyər üçün qəhvə için

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 35

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Enerji içkisi sevənlər oxusun

"Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər". qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri stomatolo

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər. xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildiri

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Buzlu içkiləri sevənlərə xəbərdarlıq

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"y

turlar.az

gözəllik məhsulları gozel gorunmek qadin dunyasi hamiləlikdən sonra elm biliye aid atalar sözləri sanamalar yay donları 2026 kosmetika kahfe fali banan ariqlamaq gozde olar balıq