Depressiya nədir?

Depressiya nədir?İndiki vaxtda hər keçən gün bir az daha sıx rast gəlməyə başladığımız bir narahatlıq olan Depressiya (ruhi çöküntü); ümumiyyətlə ətrafımızda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxar. Bazar ertəsi səhərləri yaşadığımız keçici çətinliklərdən, dərin romantik itkinlərin yaşandığı və psixiatr müdaxiləsi tələb edən ağır hadisələrə qədər bir çox narahatlıq depressiya olaraq adlandırılır.
İnsanlar zaman zaman özlərini hüznlü və bədbəxt hiss edərlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran həyat hadisələrindəndir. Qısaca hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya olaraq təyin olunar. Depresiya duyğu, düşüncə və davranışa təsir edər. Müalicə edilmədiyi təqdirdə aylar illər, bəzən də ömür boyu qala bilər.
Depressiya hər yaşda hər fərd də görülə biləcək ruhi bir xəstəlikdir. Genetik və ya biokimyasal səbəblər, ətraf şərtləri və psixososial çətinliklər, məcbur qalmalar depressiyanın başlamasında faktor ola bilər. Müalicə edilmədiyi vəziyyətdə fərdin həyatını ümidsiz, pessimist, böhran içində keçirməyə başlamasına səbəb yaradaraq, depressiv psixoz olaraq təyin olunan gerçəkləri görməyəcək qədər böhrana qədər çata bilər. Cəmiyyətin hər seqmentində görülə bilər. Psixiatrik xəstəliklər arasında ən sıx rast gəlinən bir mənzərədir.
Həyat boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.
Depressiyanın əsas simptomlarına aiddir:
• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;
Depressiyanın əlavə simptomlarına aiddir:
• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.
Depressiv simptomların sayından və onların ifadə dərəcəsindən asılı olaraq ayırd edilir:
Yüngül dərəcəli depressiv epizod (F32.0)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 2 əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların heç biri əhəmiyyətli dərəcədə nəzərə çarpan olmamalıdır;
Orta dərəcəli depressiv epizod (F32.1)
• 3 əsas simptomdan ən azı 2-si müşahidə olunmalıdır;
• Bundan əlavə ən azı 3 (əksər hallarda 4) əlavə simptom müşahidə olunmalıdır;
• Müşahidə olunan simptomların bir neçəsi əhəmiyyətli dərəcədə nəzərə çarpa bilər (əgər simptomlar çoxdursa, bu, mütləq kriteri hesab olunmur).
Ağır dərəcəli depressiv epizod (F32.2)
• Hər 3 əsas simptom müşahidə olunmalıdır;
• Bundan əlavə bir qismi ağır olmaqla 4 və ya daha çox əlavə simptom müşahidə edilir.
Depressiyanın müalicəsi
Depressiyanın iki əsas müalicə üsulu var: dərman müalicəsi və psixoterapiya.
Depressiyanın müalicəsində istifadə olunan psixoterapiya metodlarına koqnitiv-biheyvioral psixoterapiya, interpersonal (şəxslərarası) psixoterapiya və psixodinamik psixoterapiya aiddir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 30 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq

"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır". . xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canl

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

.

Sağlam qaraciyər üçün qəhvə için

Qəhvə istehlakının qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb. xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində yerləşən Cedars-Sinai Sağlamlıq Elmləri Universitetinin 35

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

turlar.az

aksessuarlar sade makiyaj sekilleri toy gecesi qonaq otagi dizaynlari sengulum nagili mürəbbələr bas ortuleri kosmetika uşaq şeirləri pehriz opusme şəkərbura azerbaycan