Depressiyada olduğunuzu göstərən 8 əlamət - Özünü xlas et

Depressiyada olduğunuzu göstərən 8 əlamət - Özünü xlas etPandemiyada depressiyaya düşməyən insan demək olar olmadı.
Depressiyada olan insan həyatda bəzən normal görünsə də, özünə dərin qapılan və bağlanan bir şəxsdir.
Bəs özündə depressiya aşkar edənlər nə etsin?
İlk növbədə buna sevinsin. Çünki özündə depressiyanı vaxtında aşkarlayan insan xilas oldu hesab edilə bilər. Orqanizm bu halı xəstəlik kimi qəbul etmir, nə baş verdiyini anlamır, ona görə beynin işində pozulmalar başlayır. Beyin daxili hisslərlə xaricdə yaşananları qarışdırır, hansının real olduğunu bilmir.
Milli.Az medicina.az-a istinadən əsl klinik depressiyanın 8 əsas əlamətini təqdim edir.
Baxın, bu halların hansı sizdə var?
1. Heç bir şeyə diqqəti cəlb etmək olmur, insan hiss edir ki, həyat çəkilməyəcək qədər ağırdır, qəlizdir və o yorulub.
2. Depressiya əlamətləri əsas səhərlər kəskinləşir. İnsan gün ərzində fikirlərdən yorulub yatır, yuxuları qarışıq olur və səhər gözünü açan kimi sanki burulğana düşmüş kimi özünü hiss edir. Yenə eyni həyat, yenə gün başladı deyib, ayağa qalxmaq istəmir. İnsan yuxudan ayılmamağı arzulayır.
3. Yaddaş qırılır. nə yediyini unudursan, nə yazdığını bilmirsən, 2 dəqiqə sonra nə edəcəyini xatırlamırsan. Getmək istəyirsən amma hara. Axşam baş verənləri səhər xatırlamırsan.
4. Hər dəfə bədənin müxtəlif nahiyələrində ağrılar olur. Analizlər, müayinələr isə ciddi bir şey göstərmir. Bu serotonin defisitindən yenə də beynin işinin pozulmasıdır. Ağrılara qarşı həssaslıq artır. Serotonin çatmayanda insanın əzələsindən tutmuş daxili orqanlarına kimi hər yeri ağrıyır
5. Doğmalarla, dostlarla ünsiyyət çətinləşir, özümüzü cilovlaya bilmirik. Deməyə sözümüz yoxdur. Yad insanlar isə bizi qıcıqlandırır. Hər kəsin həyatı bizə maraqsız olur. Heç bir xoş söz eynimizi açmır. Hətta kassadakı satıcı belə sizi qəzəbləndirir.
6. Yuxu həmişə pozulur. Yuxuya getmək çətindir, gecə boyu oyanırsız, səksənirsiz. Kabus yuxular görürsüz
7. Güzgüyə baxmaqdan qaçırsız, xarici görünüşünüz maraqlı deyil, təzə heç nə almırsız. Bunlar maraqsız və lazımsız gəlir. Ətrafınız sizə özünə bax, saçına əl gəzdir dedikdə əsəbləşirsiz. Beyninizdə mən eybəcərəm düşünürsüz. Nə etsəm də xeyri yoxdur
8. Dərin mərhələdə insan özünü qaranlıq qapısız, dar bir yerdə bağlanmış hiss edir. Ölsəm hər şet bitsə düşünür. Və artıq heç kimə dərdini demir. Kömək istəmir. Amma ürəyinin dərinliyində kömək əlini gözləyir.
Nə etməli?
Depressiyanı pis əhval, yuxusuzluq, başqa xəstəlik, inciklik, yorğunluq, xasiyyətlə əlaqələndirib, özü keçib gedəcək kimi düşünmək yanlışdır.
Bu zaman beyin lap özünü itirir və gücü tükənir. O bədəni lazımi qədər idarə edə bilmir.
Depressiyada olan insanı psixiatr və psixoterapevt birlikdə müalicə etməlidir. Psixiatr dəli, ruhi xəstə həkimi deyil. Depressiya da ağır ruhi xəstəlik deyil. Depressiyada olan insanın ağlı itmir. Amma bütün bu xəstəlikləri psixiatrlar yaxşı bilir və müalicəni də onlar təyin edir. Yanaşı olaraq psixoloq, psixoterapevtlə söhbət, seanslar keçirilir.
Ümumilikdə müalicə 6 ay -1 il çəkir və insan tamam sağalır. Ya əvvəlki enerjili, şən insana qayıdır, ya da ondan da yaxşı güclü bir insana çevrilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1647   Tarix: 10 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

geyim seçimi reseptler toy makiyajlari maskalar saç üçün spiral kokeldirmi qrip və soyuqdəymə sellulit kosmetika faydalı məsləhətlər hakistalar uşaq şeirləri damla dovsan