Depressiyanı tanıyın

Depressiyanı tanıyınSon zamanlarda adını tez-tez eşitdiyimiz depressiya xalq arasında həddindən artıq bədbəxtlik halı ruh düşkünlüyü olaraq bilinər.
Ancaq hər bədbəxtlik və ruh düşkünlüyü depressiya deyil. İnsanların ayrılıq, yaxın birinin itkisi kimi vəziyyətlərdə yaşadığı kədər və yas tutma ilə depresiyanı ayırmaq lazımdır. Yas dövründə adam kədərli ola bilər və bu normal yaşanması gərəkən bir müddətdir. Depressiya bəzən belə bir itkidən sonra da ortaya çıxa bilər ancaq depressiya diaqnozu ala bilməsi üçün yas prosesinin atlata bilməməsi, şiddətli və davamlı olması lazımdır.
Özünü heç bədbəxt hiss etmədiyini söyləyən adam yoxdur. Çünki duyğularda dəyişikliklər və eniş-yoxuş yaşana bilər. Bu normaldır. Bu səbəblə insanların depressiya haqqında daha çox məlumata sahib olması lazımdır. Əvvəlcə depressiya diaqnozu aşağıdakı əlamətlərdən 5 və daha çoxunun, ən az 2 həftə boyunca davam etdiyi vəziyyətlərdə qoyurlar.

1. İntihar düşüncəsi
2. Günahkarlıq və/və ya dəyərsizlik hissi
3. Marağın və zövqün azalması
4. Yuxu pozuntusu (həddindən artıq çox yatmaq ya da yuxusuzluq)
5. Iştahta artma / azalma
6. Hərəkətdə yavaşlama
7. Yorğunluq və enerji itkisi
8. Diqqət dağınıqlığı
9. Qərarsızlıq
Depressiya yüngül-orta-ağır şiddətdə ola bilər. Depresiyadakı insanlar dəli, anormal və zəka baxımından zəif kəslər deyil.
Depressiya həyat boyu qadınlarda kişilərdən daha çox görülməkdədir. Qadınlarda 25%, kişilərdə isə 12% qədərdir. Depressiya riski 18-44 yaşlarında daha çox 65 və üzərində isə daha azdır.
Depressiyada genetik faktorlarda böyuk rol oynayır. Ancaq ekoloji faktorlar, yetişdirilmə tərzi də insanlara öz təsirini göstərir.
Depressiyanın tək bir səbəbi yoxdur. Bir çox faktor depressiyaya səbəb olabilir. Ailənin depressiyaya uyğunluğu və beyin kimyasının xüsusiyyətləri, yaşanılan təcrübələr, mənfi düşüncə və davranışda bir sıra dəyişikliklər depressiyanın səbəbləri sırasındadır.
Həyatdan zövq alınan fəaliyyətlərin olmaması ya da azalması, bir sıra mövzularda yaşanılan müvəffəqiyyətsizliklər, çarəsizlik və ümidsizlik inancları da insanı depressiyaya meyilli hala gətirər.
Depresiyanı ortaya çıxaran birinci faktor beyin yəni sinir sistemi, beyindəki struktur və ya kimyəvi bəzi dəyişikliklər, ikinci faktor şəxsiyyət quruluşu yəni insanın ümumiyyətlə dünyanı və özünü dəyərləndirilmə şəkli, üçüncü faktor isə ətraf yəni yaşadığınız hadisələr.
Depressiya müalicəsi mümkün olan bir psixoloji pozuntudur. Pasiyentin xüsusiyyətinə görə psixoloq tərəfindən məqsədəuyğun psixoterapiya üsulları seçilir və həyata keçirilir. Pasiyent psixoloq ilə əməkdaşlıq etsə müalicə müsbət nəticə verir.
Sevinc Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az

Xəbərlər     Baxılıb: 1719   Tarix: 22 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

makiyaj instagram yemek reseptleri qadın geyimi erotik geyim mektebli sac duzumleri hamileliyi pozmaq ucun küftə reseptləri kosmetika gülməli hakıştalar novruz burcler haqqinda toy gecesi veten haqqinda atalar sozleri