Deputat Həsən Nəbiyev kasıbları "alkaş" və "tüfeyli" adlandırdı, qalmaqal qopdu

Deputat Həsən Nəbiyev kasıbları "alkaş" və "tüfeyli" adlandırdı, qalmaqal qopduRusiyanın Volqoqrad vilayəti Dumasının hakim "Vahid Rusiya" partiyasından deputatı, azərbaycanlı Həsən Nəbiyev pensiyasının azlığından şikayət edən aztəminatlı şəxsləri "alkaş" və "tüfeyli" adlandırıb. Virtualaz.org xəbər verir ki, deputatın bu çıxışı ciddi qalmaqal yaradıb, o cümlədən "Vahid Rusiya" partiyasının rəhbərliyi Nəbiyevin çıxışını pisləyiblər.

Deputat Nəbiyev bu qalmaqallı çıxışını martın 6-da vilayət Dumasının işləməyən pensiyaçıların pensiyalarının hesablanması və ödənilməsi ilə bağlı yeni qaydaları müzakirə etmək üçün çağırdığı təcili iclasda edib. Yeni qanuna əsasən bu cür pensiyaçıların aylıq pensiyalarına təxminən 500 rubl (8 dollara yaxın) əlavənin edilməsi nəzərdə tutulur.

Həsən Nəbiyev uzun müddət "Qazprom transqaz Volqoqrad" MMC şirkətinin rəhbəri olub. 1954-cü ildə Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində anadan olan Nəbiyev 1976-cı ildən indiki "Volqoqradneftmaş" ASC-də işləyib. Mühəndis vəzifəsindən sex rəisi, daha sonra "Volqoqradneftmaş" ASC-nin filialı olan Kotelnikovsk armatur zavodunun direktoru vəzifəsinə qədər yüksəlib. 2004-2016-cı illərdə "Qazprom transqaz Volqoqrad" MMC-nin baş direktoru işləyib. 2003-cü ildən isə vilayət Dumasının deputatıdır.

"Mən sizlərin arasında ən iri rəhbər olmuşam, başçılıq etdiyim müəssisədə 6 minə yaxın adam işləyib. Bizim müəssisədə işləyənlərdən soruşun. Axı onların pensiyası yeddi-səkkiz min rubl deyil. Xeyli yuxarıdır. Ayda 16-17 min rubl pensiya alırlar. Bəzilərinin, hansılar ki, dəzgahlarda işləyiblər, qaynaqçı, çilingər olublar, pensiyası 20 min rublu keçir"-deputat çıxışında bildirib.

Həsən Nəbiyev deyib ki, pensiyası heç 10 min rubla da çatmayan volqoqradlılar ona "alkaşları və tüfeyliləri" xatırladır.

"Onların pensiyası ona görə səkkiz mindir ki, alkaş və tüfeylidirlər. Kimlər ki, normal işləyib, ayda 20-25 min, hətta daha çox alırlar"-deputat israrla deyib.

Həsən Nəbiyev aztəminatlı şəxslərin pensiyalarına əlavələrin edilməsini məqsədəuyğun saymayıb. Bildirib ki, belələri yoxsul olduqlarına görə özləri günahkardır. "Mən hesab edirəm: qoy bu artım 1000 rubl, 500 rubl olsun. Amma aztəminatlı onun özü olub. Özü özünə bu şəraiti yaradıb. Axı o normal adam ola bilərdi"-deputat bildirib.

Hakim partiyanın deputatı, milyonçu (2017-ci ildə rəsmi gəliri 18 milyon rubl olub) Nəbiyevin bu çıxışı dərhal günün mövzusuna çevirib və sosial şəbəkələrdə hiddətə səbəb olub. Deputata dərhal öz gəlirlərini xatırladıblar. "Vahid Rusiya" partiyasının regional şöbəsinin Katibi Sergey Qornyakov deyib: "Bu gün Volqoqrad Dumasının növbədənkənar iclasında deputat Həsən Nəbiyev aztəminatlı şəxslərin maddi vəziyyətlərinə görə özlərinin günahkar olduğunu deməyi rəva bilib. Təbii ki, bu deyilənlər ictimaiyyətin hiddətinə və narazılığına səbəb olub. Qeyd edirəm ki, bunlar sırf Həsən Nəbiyevin mövqeyidir. Partiyamızın fraksiyasının bu məsələ ilə bağlı tutduğu mövqe ilə heç bir əlaqəsi yoxdur".

Qornyakov deyib ki, deputat ancaq şəxsi informasiyasına əsaslanıb bu cür qəti qənaətə gəlməli deyildi. "Əlbətdə, onun kimi dövlət adamları bu cür populist çıxışlar etməyi özlərinə rəva görməli deyillər. Şübhəsiz ki, cüzi pensiyanı vətən naminə vicdanla işləmiş adamlar alırlar. Ona görə də bu cür adamlar danışmazdan əvvəl yaxşıca düşünməlidir. Partiyanın regional şöbəsi deputat Həsən Nəbiyevin çıxışına görə vətəndaşlardan üzr istəyir"-o bildirib.

"Vahid Rusiya" partiyasının yerli şöbəsinin digər nümayəndələri də Nəbiyevin çıxışını pisləyiblər. Qərara alınıb ki, deputatın çıxışını Dumanın etika komissiyasının xüsusi iclasında müzakirə etsinlər.

"Biz Volqoqrad vilayət dumasında baş vermiş insidenti müzakirə edəcəyik. Bu hiddət doğuran bəyanatı qiymətləndirəcəyik və deputat Həsən Nəbiyevin "Vahid Rusiya" partiyasının sıralarında qalıb-qalmaması məsələsini müzakirə edib qərar çıxaracağıq"-Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbəri, etika Komissiyasının sədr müavini Vasili Piskaryev deyib.

Qeyd edək ki, Azərbaycanda da vaxtaşırı olaraq deputat Hadı Rəcəbli təxminən Həsən Nəbiyev kimi bəyanatlar verir və nəticədə sosial şəbəkələrin, mətbuatın hədəfinə çevrilir.

Virtualaz.org

Xəbərlər     Baxılıb: 1899   Tarix: 07 mart 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası