Dəri tipinə görə saç rənginin düzgün seçilməsi

Dəri tipinə görə saç rənginin düzgün seçilməsiDəri tipinə görə saç rənginin düzgün seçilməsi

Yəqin ki, bir çox qadınlar saçlarına rəng qoyarkən yaraşıb-yaraşmamağına görə tərəddüd edirlər. Bu xəbər sizə olduqca faydalı olacaq. Bu xəbər də olduqca faydalı məlumatlar əldə edəcəksiz.

Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini "Bu gün nə geyinim?" sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.
Qış rəngləri

Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.

Yaraşan rənglər:

Əsas rənglər - ağ və qara.

Gümüşü rəng, dəmir rəngi

Limon rəngi
Qırmızı rəng
Parlaq çəhrayı rəng
Soyuq çalarlı tünd qəhvəyi rəng
Bənövşəyi rəng
Parlaq göy rəng
Zümrüd rəngi
Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yay rəngləri

Bu tipə soyuq rənglər xasdır.

Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.

Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.

Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.

Yaraşan rənglər:

Əsas rənglər – boza çalan mavi, göy.
Yumşaq pastel tonlar
Səma rəngi
Çəhrayı rəng
Boza çalan qəhvəyinin bütün çalarları
Çəhrayıya çalan qəhvəyi rəng
Tünd qırmızı rəng
Bozun bütün çalarları
Parlaq olmayan soyuq rənglər

Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Yaz rəngləri

Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.

Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır.
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə
qadınların gözlərinin rəngi çox tünd olmur.

Yaraşan rənglər:

Əsas rəng - parlaq narıncı.
Bej rəngi
Isti sarı rəng (limon rəngi yaraşmır)
Şampan rəngi
Narıncı rəngə çalan
sarı
Parlaq narıncı rəng
Açıq qəhvəyi rəng
Kərpic rəngi
Tomat rəngi
Qızılı qəhvəyi rəng
Çəhrayı rəng
Qızılı yaşıl rəng
Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.

Payız rəngləri

Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.

Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.

Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.

Yaraşan rənglər:

Əsas rənglər - tünd qəhvəyi və ya tünd yaşıl.
Fil sümüyü rəngi
Qızılı bej rəngi
Tünd sarı rəng
Tutqun narıncı rəng
Qızılı qəhvəyi rəngin bütün çalarları
Bal rəngi
Pas rəngi
Yaşıl rəng
Göyə çalan yaşıl rəng
Qaraya çalan göy rəng
Başqa parlaq olmayan isti rənglər

Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.

Gözəllik və Moda     Baxılıb: 65501   Tarix: 11 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

turlar.az

makiyaj instagram qadin dunyasi yay kolleksiyasi hakışta xınayaxdı faydalı məlumat yemək pustenin faydalari kosmetika atalar sözləri webnem tovuzlu fitat xərçəng bürcü klitor