Dəridə bərkimələr nədən yaranır?

Dəridə bərkimələr nədən yaranır?Bərkimə dəridə yaranan çoxsaylı problemlərdən biridir. Daha çox əllərdə, barmaqlarda, ayaqlarda yaranan bərkimələrin çox zaman səbəbi bilinmir. Bəzi insanlarda bu problem illərlə, ömür boyu davam edir. Bərkimələr hansı səbəblərdən yaranır?
Milli.Az e-tibb.az-a istinadən dermatoloq, uzman həkim Mehdi İskəndərlinin dəri bərkimələri barədə məqaləsini təqdim edir:
Dəridə bərkimə səbəbi multifkatorialdır. Yəni, dəridə bərkimə bir çox dəri xəstəlikləri səbəbindən yarana bilər. Dəridə sərtləşmə verən çoxlu sayda ekzogen və endogen səbəblər və xəstəliklər mövcuddur. Dəri bərkiməsi ən çox avtoimmun səbəblərə görə yaranır. Yəni, belə xəstələrdə immun hüceyrələri xəstənin özünün normal hüceyrələrinə qarşı hücum etdiyinə görə dərinin dərin qatlarında kollagen liflərinin sürətli artması müşahidə edilir. Bu isə dərinin dermis və yağ toxuması deyilən təbəqələrində qalınlaşma prosesinə səbəb olur. Kişilərə nisbətən qadınlarda dəri bərkiməsi daha çox görülür. Qadınlarda əsasən qarın dərisində bərkimə daha sıx müşahidə edilir. Lakin, kürək, bel, qollar, aşağı ətraflarda bərikmə də görülə bilər.
Dermatoloq qeyd edib ki, dəridə bərkimə səbəbi nə olursa olsun, belə xəstələrin diaqnozu vaxtında qoyulmalıdır ki, dəridə bərkimə və sərtləşmə prosesinin qarşısı alınsın. Cünki, bu prosesin qarşısı alınmazsa, hadisə dərinin əksər sahələrini, hətta üz nahiyyəsinə qədər gəlib çıxa bilər. Bundan əlavə dəri sərtləşməsi o qədər dərinləşə bilər ki, xəstədə funksional pozuntular yarada bilər. Bu isə xəstənin ən adi hərəkətlərinə əngəl yarada bilər. Əllərdə bərkimə və sərtləşmə də tez-tez görülür. Belə xəstələrin barmaq hərəkətlərində məhdudiyyət yarana bilir. Zamanla dəridə qalınlaşma fonunda əllərdə ağrılı yaralar da meydana gəlir. Belə xəstələrdə baldırlarda bərkimə də müşahidə edilə bilər.
M.İskəndərli bildirib ki, sadəcə, böyüklərdə deyil, uşaqlarda da dəri bərkiməsi müşahidə edilə bilər. Uşaqlarda dərinin sərtləşməsi də böyüklərdə olduğu kimi immun sisteminə bağlı yaranır. Yəni avtoimmun prosesə bağlı olaraq belə xəstələrdə dəridə bərkimə səbəbi kimi dermisdə və hipodermisdə kollagen sintezinin normadan artıq olması göstərilir. Dəri bərkiməsinin səbəbi olaraq sistem xəstəlikləri də göstərilə bilər. Yəni belə xəstələrdə daxili orqan və sistemlərin də problemləri aşkar edilə bilər. Həkim  əlavə edib ki, dəri sərtliyi olan xəstələr xüsusi laborator, radioloji, histopatoloji və s. testlərdən keçirilir. Müayinələrin nəticəsindən asılı olaraq xəstəyə müvafiq müalicələr təyin edilir. Dermatoloq deyib ki, dəridə bərkimənin müalicəsi var.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1723   Tarix: 08 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geyim və ayaqqabılar sac duzumleri geyim dəbləri makaron reseptləri naina ibrahimova reseptlər körpəyə qulluq kosmetika gunay janrlar oglan evi bahar atalar sözü