Dəridəki problemlərin səbəbləri - Nələri yemək olar?

Dəridəki problemlərin səbəbləri - Nələri yemək olar?Dərisinə dəyər verməyən, onu qorumayan xanım yoxdur. Bunun üçün müxtəlif maskalar, kremlər və prosedurlardan istifadə edirlər. Lakin bu əsnada düzgün qidalanmaq da çox vacibdir.
Milli.Az Axşam.az-a istinadən müxtəlif dəri problemlərinin yaranma səbəblərini və istehlak edilməli olan qidaları təqdim edir.
Cild ləkələri
Səbəbi: Dərinizdəki ləkələrin səbəbi B12 vitamini çatışmazlığıdır. 
Nə yemək olar?
Dəridəki ləkələrdən qurtulmağın ən yaxşı yolu tərkibində antioksidanlar olan qidalardan istifadə etməkdir. Xüsusilə çiyələk, kivi, pomidor istehlak edərək C və E vitamini çatışmazlığınızı aradan qaldıra bilərsiniz. B12 vitamini qəbul etmək üçün istehlak etdiyiniz ət məhsullarının yanında və ya daha sonra bu qidaları yəyərək cild sağlamlığınızı artıra bilərsiniz.
Onu da qeyd edək ki, çiyələk, qreypfrut, gavalı, ananas, kələm, bibər, ispanaq kimi antioksidanla zəngin qidaların qəbulu dəriyə günəşin təsirini azaldaraq ləkələrin qarşısını alır.
Yağlı dəri
Səbəbi: Yüksək qlisemik indeksli qidalar yağ vəzilərinin aktivliyini artırır. Beləliklə, dəriniz lazım olduğundan daha çox yağ istehsal etmiş olur.
Nə yemək olar?
A vitamini ilə zəngin pəhrizlə dərinizi yağ problemindən xilas edə bilərsiniz. Bunun üçün yumurta sarısı, manqo, kök, ərik qurusu, ispanaq istehlak etmək kifayətdir. Yüksək qlisemik indeksi olan ağ çörək, kartof və makarondan uzaq durmağı unutmayın.
Sızanaq
Səbəbi: Yağlı dərili insanlarda daha çox rast gəlinən bu problemin qaynağı da elə yüksək qlisemik indeksli qidalardır. Bu qidalar yağ vəzilərini aktiv edərək iltihab yaradır.
Nə yemək olar?
Meyvə-tərəvəz, qoz-fındıq, kətan toxumu, dəniz yosunu və dəniz məhsulları istehlak etməyiniz tövsiyə olunur.
Quru dəri
Səbəbi: E vitamininin həddindən artıq qəbulu və xolesterin çatışmazlığı cildi qurudur.
Nə yemək olar?
Dəniz məhsulları, lobya, yosun, avokado, soya, yerfıstığı, yumurta, qoz-fındıq kimi qidalar dərinizi daha canlı edəcəkdir. Əgər vegetarian deyilsinizsə, ət və balıq məhsulları, qızılbalıq, skumbriya da yeyə bilərsiniz.
Qırışlar
Səbəbi: Alkoqol və şəkər qırışların yaranmasına səbəb olan ən təsirli faktorlardır. İçərisində qlükoza olan, veziküllərin formasını pozan bu qidalardan qaçmaq lazımdır.
Nə yemək olar?
Soyanın tərkibindəki antioksidant sayəsində dərinizin elastikliyini qoruyur, bu da öz növbəsində yaşlanmanın qarşısını alır. Qırmızı ət, yağ, süd yerinə ispanaq, qulançar, kərəviz, sarımsaq və soğan istehlak etməklə canlı, hamar dəriyə sahib ola bilərsiniz.
Göz altındakı dərinin qaralması 
Səbəbi: Allergiya, iltihab və yuxusuzluq nəticəsində yarana bilən bu göyərmə və ya qaralmalar həm də ciddi bir daxili xəstəliyin əlaməti ola bilər.
Nə yemək olar?
Gün ərzində kifayət qədər su içmək önəmlidir. Bundan əlavə, qida rasionunuza yumurta sarısı, qırmızı ət, ton balığı əlavə etməlisiniz. Tərkibində laktoza olan qidalardan isə uzaq durmalısınız. Buraya çörək, cips, hazır şorbalar, qəhvə daxildir.
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1293   Tarix: 09 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

toy gecesi geyim necə seçməli qadın geyimi hamiləlikdə qidalanma aybaşının gecikməsi səbəbləri seks hekayəsi qadın psixologiyası kosmetika sevgi salam qu quşu heyati qizlar