Dəriyə qulluq zamanı ən çox edilən səhvlər

Dəriyə qulluq zamanı ən çox edilən səhvlərPilinq vasitələrindən həddindən artıq istifadə, zəif nəmlənmə və kosmetikanın daim dəyişdirilməsi dəri baryerinin zədələnməsinə və qulluqdan nəticə əldə edilməməsinə səbəb ola bilər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Nyu-Yorkdan olan dermatoloq Dr. Şerin İdriss məlumat verib.
Həkim qeyd edib ki, dəri qulluğunda əsas səhv turşulu pilinq vasitələrindən həddindən artıq tez-tez istifadə etməkdir: "Bir çox insan bilir ki, turşular ölü hüceyrələrdən qurtulmağa, məsamələri təmizləməyə və üzə gənc və təravətli görünüş verməyə kömək edir. Lakin, bu cür vasitələrin gündəlik istifadəsi dərini xarici qıcıqlandırıcılardan qoruyan qoruyucu dəri baryerini məhv edə bilər".
Dermatoloq izah edib ki, pilinq xüsusiyyətlərinə AHA-lar (alfa-hidroksil turşuları) və BHA-lar (beta-hidroksil turşuları), məsələn, qlikol və ya badam turşusu malikdir.
İdriss ikinci geniş yayılmış səhv olaraq nəmləndirici vasitələrin nəzərə alınmaması və iqlimə uyğun olaraq onların dəyişdirilməməsini hesab edir. Həkimin fikrincə, qışda daha qalın teksturalardan, yayda isə yüngül teksturalardan istifadə etmək daha yaxşıdır.
Dermatoloq əlavə edib ki, bir çox insan çox tez-tez yeni qulluq kosmetikası alır və köhnəsindən istifadə etməyi dayandırır. Bu yanaşma səhv ola bilər. Məsələ ondadır ki, vasitələrin effektivliyini qiymətləndirmək üçün onlardan iki-üç ay ərzində istifadə etmək lazımdır. Məhsulların daim dəyişdirilməsi toplanma effekti yaratmayacaq və dərinin vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək.
Milli.Az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 06 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

turlar.az

hamilelikde qidalanma yemek reseptleri maskalar kesmikli koke valideyn haqqinda uzum sirkesinin hazırlanması qaydasi plov reseptləri kosmetika rus dilini oyrenek 2ci ders terezi qurd ve quzu veten seirleri baldiza aid hakisda