Dəriyə qulluq zamanı ən yayılmış 7 SƏHV

Dəriyə qulluq zamanı ən yayılmış 7 SƏHVQadının gözəlliyi ilk növbədə onun dərisinin və saçlarının vəziyyətindən asılıdır. Sağlam və gözəl dəri hər bir qadının arzusudur.
Lakin bəzən tez-tez etdiyimiz adi səhvlər dərinin vəziyyətinə çox mənfi təsir edir.
Sağlamolun.az dəriyə qulluq zamanı ən yayılmış 7 səhvi təqdim edir:
1. Sabunla üz yumaq.
İstənilən, hətta ən yumşaq sabun üz dərisinə qulluq etmək üçün uyğun gəlmir. Bunun üçün xüsusi vasitələr mövcuddur.
2. Yağlı dərini çox aktiv şəkildə "yağsızlaşdırmaq".
Bunun üçün qadınlar tərkibində spirt, müxtəlif turşular (salisil və s.) olan vasitələrdən istifadə edir. Lakin bu vasitələrdən tez-tez istifadə etməklə yağlı dərini daha da yağlı etmək mümkündür. Dərini tez-tez yağsızlaşdırdıqda piy vəzilərinin fəaliyyəti artır və onlar daha çox piy ifraz etməyə başlayır.
3. Dekorativ kosmetikadan tez-tez və çoxlu miqdarda istifadə etmək.
Bu dərinin nəfəsalamasını, qan dövranını və dəridə gedən bərpa proseslərini pozur ki, nəticədə dərinin vəziyyəti də pisləşir.
4. Makiyajı təmizləmədən yatmaq.
Bu dəri üçün xüsusilə ziyanlıdır ki, dərinin iltihablaşmasına, civzələrin və sızanaqların əmələ gəlməsinə , dərinin daha tez qocalmasına səbəb olur.
5. Üz dərisinə qulluq zamanı boyun və dekolte zonalarına fikir verməmək.
Boyun və dekolte zonalarının dərisi də xüsusi qulluq tələb edir və bu qulluq olmadıqda tez qocalır.
6. Makiyaj üçün istifadə olunan sponj və fırçaları vaxtında təmizləməmək.
Sponj və fırçaların üzərində çoxlu çirk və mikroblar yığılır ki, bu da dərinin iltihablaşmasına səbəb olur.
Bu vasitələr həftədə ən azı 1 dəfə sabunlu suda yaxşı yuyulmalı və təbii şəraitdə qurudulmalıdır.
7. Gündən qoruyan kremlərdən istifadə etməmək.
İsti gün şüaları dərinin qurumasına və nəticədə daha tez qocalmasına gətirib çıxardır. Bu səbəbdən isti aylarda mütləq gündən qoruyan kremlərdən istifadə etmək və gün eynəklərini taxmaq lazımdır.

Xəbərlər     Baxılıb: 1828   Tarix: 18 may 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

toy makiyajlari kosmetik vasiteler kosmetoloq testosteron nədir körpəyə qulluq qadın haqqinda valideyne aid statuslar kosmetika gözəllik suni mayalanma novruz hakistalari ariqlamaq bedii edebiyyat