Dərman qəbul edənlər orucu necə tutmalıdırlar? - Həkimlərin tövsiyəsi

Dərman qəbul edənlər orucu necə tutmalıdırlar? - Həkimlərin tövsiyəsiÜrək və bir sıra xroniki xəstəliklərdən əziyyət çəkənlər Ramazan ayında oruc tutmaq istəyirlər, ancaq təzyiq və yarana biləcək başqa problemlərdən narahat olurlar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Türkiyəli mütəxəssislər bununla bağlı bir sra tövsiyələr veriblər.
Türkiyənin məşhur ürək-damar cərrahı, professir Cengiz Köksal "hər ürək xəstəsi oruc tuta bilməz" deməyin yanlış olduğunu, xəstələrin fərdi şəkildə qiymətləndirilməli olduğunu bildirib. Bununla belə o, yaşlı, həmçinin şəkərli diabet, yüksək təzyiq kimi xroniki xəstəlikləri olan xəstələrin oruc tutmazdan əvvəl həkimlə məsləhətləşməli və dərmanlarını buna uyğun tənzimləmələrinin vacibliyini vurğulayıb.
Sidikqovucu dərmanlar istifadə edənlər
Köksal uzun müddət aclıq və susuzluqla əlaqədar təzyiqin düşə biləcəyini deyərək, təzyiq xəstələrində dərmanların dozasının tənzimlənməli olduğunu bildirib.
"Oruc zamanı orqanizm bir müddət susuz qalacağı üçün bu vəziyyət sidikqovucu dərman istifadə edən xəstələrdə daha çox təsir edəcək. Su və mineral itkisi ilə bağlı şikayətlərdə artım müşahidə oluna bilər. Bu səbəbdən sidikqovucu dərmanların istifadəsi həkim məsləhəti ilə dayandırıla bilər, ya da istifadəsi məcburi olarsa imsakda deyil, iftarda qəbul edilə bilər".
Ürək əməliyyatı olanlar
Cərrahın sözlərinə görə, ürək qapağı əməliyyatı keçirmiş xəstələrin istifadə etdiyi qan durulaşdırıcı dərmanların dozası Ramazan ayında daha tez-tez aralıqlarla alınan təhlillərlə yaxından izlənilməlidir.
"Çünki uzun müddət davam edən aclıq və susuzluqla qanda əvvəllər görünməmiş dəyişikliklər baş verir. Qan dəyərləri yüksək olarsa - qanaxma, aşağı olarsa - ürək qapağında laxtalanma meydana gələ bilər. Bu səbəbdən dəyərlərə tez-tez nəzarət edilməli və dərman dozası buna uyğun tənzimlənməlidir".
Ürək xəstələri
Kardiologiya Mütəxəssisi Dos. Dr. İsmail Polat Canbolat isə ürək xəstələrinin həkimlə məsləhətdən sonra oruc tutmalı olduğunu vurğulayır.
"Həkiminiz sizin üçün xüsusi qidalanma və dərman planı hazırlaya bilər. Ramazan ayında şəkərli diabet xəstələrinin qan şəkərini nəzarətdə saxlaması çox vacibdir. Həkiminizin tövsiyə etdiyi dərmanlardan mütəmadi istifadə edin və qan şəkərinizi tez-tez ölçün. Siqaret ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktorlarından biridir. Diqqətli olun. Ramazanda siqaret çəkməməyə çalışın. Stressinizi idarə edin. Stress ürək-damar xəstəlikləri riskini artıra bilər".
Mütəxəssis bildirib ki, səhər dərmanlarını sahurda, axşam dərmanlarını isə iftarda qəbul etmək olar.
Böyrək xəstəlikləri
Nefrologiya Mütəxəssisi Dr. Bilal Görçin hər bir xəstəliyi və orucun xəstəliyə təsirini ayrıca qiymətləndirməyin vacibliyini vurğuladı:
"Biz böyrək xəstəliklərini beş mərhələyə ayırırıq. Dövrlər xəstənin qan kreatinin dəyərinə uyğun olaraq aparılır. Birinci və ikinci faza ən rahat mərhələdir. Kreatinin normal və ya bir qədər yüksəkdir. Bu mərhələdə xəstələrin qidalanma vərdişlərində və dərmanlarında qeyd olunan məsələlərə diqqət yetirmələri şərti ilə orucun heç bir zərəri yoxdur. Dördüncü və beşinci mərhələlər dializ hazırlığı və dializ mərhələləridir. Dializ xəstələri oruc tuta bilməzlər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1080   Tarix: 16 mart 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir". xəbər veri

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Yuxu üçün ideal otaq temperaturu neçədir?

Yuxu üzrə mütəxəssis Brayan Çen rahat və keyfiyyətli yuxu üçün ideal otaq temperaturunu açıqlayıb. xəbər verir ki, bu barədə " məlumat yayıb. Mütəxəssis bildirib ki, ideal temperatur 15,5-19,4 dərəcə arasında olmalıdır

.

Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət

Mütəxəssislər bildirir ki, günə hərəkətlə başlamaq həm zehni ayıqlığı artırır, həm də bədəni fiziki olaraq günə hazırlayır. xəbər verir ki, fitness və sağlamlıq üzrə mütəxəssislərin tövsiyə etdiyi 5 vacib səhər hərəkəti bunlardır:

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur

Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəl

turlar.az

geyim necə seçməli toy makiyaji sekilleri aksessuarlar cinsəl sağlamlıq vətən haqqında atalar sözləri hakista xalq mahnilari sozleri kosmetika vətənə aid novruza aid hakisdalar naz mila rus dili cekc pornuxa