Dərmanlarla gəncləşmək istəyənlərə xəbərdarlıq - Xərçəng yaradır
Bəzi əlavələr tez-tez gəncliyi qorumağın və yaşlanmanı yavaşlatmağın yolu kimi reklam olunur, amma elmi əsasları çox məhduddur.
Milli.Az xəbər verir ki, bunu rusiyalı dermatoloq və kosmetoloq Natalya Mixaylova bildirib.
"Bəzi plazenta tərkibli preparatlar xüsusilə təhlükəlidir, çünki standartlaşdırılmayıb və hüceyrələrin nəzarətsiz bölünməsini stimullaşdıra bilər ki, bu da nəzəri olaraq xərçəng riskini artırır".
Həkim əlavə edib ki, yaşlanmanı yavaşlatmaq üçün əsas yol sağlam həyat tərzidir. Buna qan təzyiqi, şəkər və lipid səviyyəsinin nəzarətdə saxlanması, müntəzəm fiziki aktivlik, balanslı qidalanma, normal çəki, siqaret və alkoqolun məhdudlaşdırılması, günəşdən qorunma daxildir.
Mixaylova vurğulayıb ki, nəzarətsiz qida əlavələri və vitamin komplekslərinin qəbulu hipervitaminoz, qaraciyər toksikliyi və dərmanlarla qarşılıqlı təsir riskini artırır.
İsmayıl
Milli.Az









Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Danla Bilic yenidən əməliyyat olundu - Fotolar
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq