Diabetik pəncə

Diabetik pəncəBu şəkərli diabetin ağır fəsadlarından biridir. Diabetik pəncə sindromu olan insanda pəncələrdə xoralar əmələ gəlir, oynaqlar və sümüklər zədələnir.
Yaralar çox gec sağalır, onlarda infeksiya inkişaf edə bilər. Ən ağır vəziyyətlərdə bu qanqrena (bədənin bir yerində toxumaların çürüməsi) və amputasiya ilə (bədənin xəstə üzvünün kəsilməsi) nəticələnə bilər.
Diabetik pəncə sindromunun səbəbi diabet xəstələrinin ayaq damarlarında qan dövranının pozulmasıdır. Bunun nəticəsində qidalanması pozulmuş dəridə müxtəlif gec sağalan zədələnmələr əmələ gəlir. Həmçinin dəri soyuğa qarşı çox həssas olur.
Qanda şəkərin xroniki olaraq yüksəlməsi nəticəsində pəncələrdə sinirlərin keçiriciliyi pozulur və bunun nəticəsində bu nahiyədə həssaslıq azalır. Buna "diabetik neyropatiya" deyilir. Bunun nəticəsində diabet xəstəsi ayaqlarda ağrı, soyuq və ya isti temperaturun təsirini, təzyiq, demək olar, hiss etmir. Sağlam insana ağrı hissi vaxtında tədbir görməyə və özünü ağır travmadan qorumağa imkan verir. Diabet xəstələri isə eyni vəziyyətlərdə həssaslığın azalmasına görə travmalar alır. Ayaqlarda yanıqlar, sıyrıntılar və digər zədələnmələr bu xəstələrdə ağrısız keçir ki, onlar bu zədələnmələrə hətta qanqrena başlamayana kimi fikir vermir.
Diabet xəstələrin ayaqları tərləmir və hər zaman çox quru qalır. Quru dəri isə daha tez-tez çatlayır. Dabanlarda əmələ gələn çatlar tez-tez xoralara keçir.
Diabet xəstəliyi zamanı xəstələrin ayaqlarında həssaslıq azalır və bunun nəticəsində  oynaqlarda və sümüklərdə ağır deformasiyalar və zədələmələr inkişaf edir.
Diabet xəstəsi bu kimi zədələlənmələrə yol verməməlidir:
- ayaqlarda təsadüfi kəsiklər və sıyrıntılar;
- yanıqlardan sonra qabarcıqların əmələ gəlməsi;
- ayaqlarda və dırnaqlarda göbələk (xüsusilə barmaqlar arasında);
- dırnaqların dəriyə girməsi,
- pəncələrdə və barmaqlarda qabarlar,
- göyərmələr və qançırlar.
Xəstə bilməlidir ki, hətta ən cüzi zədələnmə çətin və gec sağalan xoraya keçə bilər. Xoraya bakteriyalar düşdükdə xəstədə qanqrena inkişaf edə bilər. Bu halda isə yalnız amputasiya xəstəni ölümdən xilas edə bilər.
Diabetik pəncənin əsas profilaktik üsulu qanda şəkərin səviyyəsinin normada saxlamaqdan ibarətdir. Əgər siz buna nail ola biləcəksinizsə, diabetik neyropatiyanın əksər simptomları müəyyən vaxtdan sonra keçəcək və həmçinin ayaq dərisində olan zədələnmələr sağalacaq.
Diabet xəstələri ayaqlarına düzgün və müntəzəm qulluq etməlidir. Bu qulluğun əsas prinsipləri:
- Siqaret çəkilməsi qan dövranını pisləşdirir. Bu səbəbdən şəkərli diabet xəstəsi siqaret çəkməməlidir.
- Duş və ya vanna qəbul etdikdə suyun temperaturuna fikir verin - su sərin olmalıdır (33 C). Su dərini yumşaldır və bu dərinin zədələnməsinin riskini artırır. Bu səbəbdən çalışın mümkün qədər tez çimin.
- Heç vaxt ayaqyalın gəzməyin - nə çöldə, nə də evdə.
- Ayaqlarınıza plastr yapışdırmayın. Onu qopardanda siz dərini zədələyə bilərsiniz.
- Ayaqlarınıza hər hansı dərmanı yalnız həkimlə məsləhətləşdikdən sonra çəkin.  Apteklərdə reseptsiz satılan bir çox vasitələr (yod, hidrogen peroksidi, salisil turşusu və s.) diabet xəstələri üçün uyğun gəlmir. Yaraların dezinfeksiyası üçün yod və ya hidrogen peroksidi istifadə etməyin. Xlorgeksidin (0,05%) və ya miramistin (0,01%) istifadə edin.
- Əgər ayaqlarınızda qabarlar əmələ gəlibsə, onları heç bir halda kəsməyin və ya hər hansı digər üsulla yox etməyin. Qabarların üzərində olan kobud dəri pəncələri sürtülmədən qoruyur. Qabarların kəsilməsi diabet xəstələrdə xoraların əmələ gəlməsinin  əsas səbəbidir. Əgər qabarlar əmələ gəlirsə, ortopedik ayaqqabıya keçin. Əgər ayaqqabı düzgün seçilibsə, ayaqlara olan artıq yükləmə azalacaq və qabarlar müəyyən vaxtdan sonra yox olacaqlar. Ümumillikdə diabet xəstələri üçün ortopedik ayaqqabı ən yaxşı seçimdir.
- Əgər xəstənin ayaq dırnaqları nazilirsə, bunun səbəbi bir çox hallarda göbələk infeksiyası olur. Əgər bu həqiqətən göbələk olarsa, həkim sızə xüsusi göbələkəleyhinə vasitə təyin edəcək. Təəssüf ki, göbələyin müalicəsi uzunmüddətli olur - 12 ay və bundan artıq.
- Təzə ayaqqabı aldıqda bunu axşam edin. Axşam saatlarında ayağın ölçüsü maksimal olur. Ayaqqabı rahat olmalıdır. Burnu nazik olan ayaqqabı geyinməyin. Xəstənin ayaqqabısı enli olmalıdır ki, barmaqlar üçün enli dərin yer olsun. Ən yaxşı seçim - xüsusi ortopedik ayaqqabıdır.
- Heç vaxt barmaqlar arası kəmərcik olan səndəl geyinməyin. Eyni ayaqqabı bir neçə gün ərzində geyinməyin. Xəstənin bir neçə cüt rahat ayaqqabısı olmalıdır. Ayaqqabı geyindikdən əvvəl onların içinə yaxşı baxın ki, orada xırda daşlar və s. olmasın.
- Rezinləri sıx olan corab və ya qolf geyinməyin. Onlar ayaqlarda qan dövranını pisləşdirir. Corab yaxşı vəziyyətdə olmalıdır (deşiklər, tikilmiş yerlər olmamalıdır). Corab  böyük ölçüdə və qalın tikişlərlə olmamalıdır. Keyfiyyətsiz köhnə corab dərini zədələyə bilər - əvvəl suluqlar, sonra xora əmələ gələ bilər.
- Xəstə hər gün ayaq dərisinə nəzarət etməlidir ki, orada suluqlar, sürtünmələr, göbələk və s. zədələnmələrin olmamasına əmin olsun. Barmaqlar arasında olan dəriyə fikir verin. Ayaqların altına baxmaq üçün güzgü istifadə edin. Əgər hər hansı zədələnmə olarsa, dərhal həkimə müraciət edin.
- Əgər ayaqlarınızın dərisi həddən artıq quruyursa, gündə ən azı 1 dəfə pəncələrinizə yağlı kremlərdən birini və ya maz çəkin.
- Sizin pəncələriniz daim quru və isti olmalıdır, üşüməməlidir və həddən artıq qızmamalıdır, tərləməməlidir.
Fariz İsayev
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1418   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

maskalar qaşların formalari gelinlikler ayaq sismesi alin yazisi xanim qafarova resept qısa saçların yığılması kosmetika şəhid həmidə qaynanaya aid gülməli hakıştalar səməd vurğun