Diabetik retinopatiya

Diabetik retinopatiyaDiabetik retinopatiya - gözün torlu qişasının şəkərli diabetlə zədələnməsi deməkdir.
Diabetik retinopatiya torlu qişa damarlarının keçi­ci­liyinin artmasından başlayaraq (qeyri-prolifera­tiv retinopatiya), sonradan damarların keçirmə qabiliy­yə­ti­nin pozulması (preproliferativ retinopatiya) ilə tədricən proqressivləşir və nəhayət, torlu qişanın ən ağır zədələnmə mərhələsi inkişaf edir - proliferativ retinopatiya.
Qeyri-proliferativ diabetik retinopatiyanın ən erkən əlaməti kiçik damarların genişlənməsi və damar divarının qabarması, yəni mikroanevrizmaların əmələ gəlməsidir. Dəyişikliyin səbəbi damar elastikliyini saxlayan hüceyrələrin ölümü və qalan hüceyrələr arasında möhkəm hüceyrəarası əlaqənin parçalanmasıdır. Bunun nəticəsi olaraq, damar keçiciliyi artır və diabe­tik retinopatiyanın əsas simptomlarından biri olan qansızmalar əmələ gəlir. Qansızmalar torlu qişanın müxtəlif sahələrində əmələ gələ bilər. Göz dibinin mərkəzi hissəsi zədələndikdə qansızmalar görməni əhəmiyyətli dərəcədə pisləşdirir.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, qansızmalarla yanaşı, ekssudasiya yarana bilər ki, bu zaman qanın müxtəlif komponentləri dəyişmiş damar divarından sızır. Bu cür patoloji proseslər ən kiçik damarlarda baş verdiyindən torlu qişanın, əsasən, mərkəzi hissəsi əziyyət çəkir.
Normal fəaliyyəti üçün torlu qişa şəffaf olmalıdır, xüsusən, görmə itiliyinə və rəng hissiyyatına cavabdeh olan mərkəzi hissəsində - makulada, hətta cüzi bulanıqlıq görmə qabiliyyətini azaldır. Bu vəziyyət makulyar ödem adlanır və diabetli pasiyentlərdə mərkəzi görmə qabiliyyətinin itməsinin əsas səbəbidir. Torlu qişanın başqa hissələrində damar sızması görməyə təsir etmir.
Makulyar ödem fərqli dərəcəli görmə pisləşməsi ilə müşayiət olunur: yüngül dumanlıq, daha qatı qaraltı, görünən əşyaların pozulması. Adətən, hər iki göz zədələnir, amma görmə fərqli dərəcədə pisləşə bilər. Hər iki gözün makulyar zonaları zədələnibsə, mərkəzi görmənin ikitərəfli itirilməsi səbəbindən xəstə çətinliklərlə üzləşə bilər. Patoloji proses bir gözü zədələyibsə, o biri göz uzun zaman sağlam qalırsa, adam uzun müddət problem yaşamır. Diabetik retinopatiyanın təhlükəsi də bundadır.
Diabetik makulyar ödemi müayinəsiz necə müəyyən etmək olar?
Torlu qişanın cüzi dəyişikliklərini belə aşkar etməyin ən doğru yolu Amsler torundan istifadə etməkdir. Torun əvəzinə adi damalı dəftər vərəqini də götürmək olar. 10 x 10 sm-lik kvadratı ayırıb mərkəzində nöqtə qoyun. Oxumaq üçün eynək taxın, bir gözünüzü yumun və daim həmin nöqtəyə baxın. Gözünüzü nöqtədən çəkmədən diqqət yetirin ki, bütün xəttləri düz və hamar, bütün damaları eyni ölçüdə görürsünüzmü, cizgilərin torlaşdığı, təhrif olunduğu ya itdiyi yerlər yoxdurmu. Digər gözü də eyni tərzdə yoxlayın. Hər hansı dəyişiklik aşkar etsəniz, yubanmadan həkimlə məsləhətləşin.
Bu test kifayət qədər məlumatlıdır, amma torlu qişanın yalnız makulyar sahəsindəki zədələnməni aşkar edir. Lakin diabetik retinopatiya qəddar xəstə­likdir: dəyişiklik yalnız torlu qişanın periferik hissəsində baş verirsə, təkcə ilkin mərhələdə deyil, proses artıq çox dərinləşən məqamda da heç bir simpto­matika izlənilmir. Bu səbəbdən Amsler toru testi oftalmoloji müayinəni əvəz etmir.
Makulanın işemiyası onun qan təchizatının kəskin pozulması deməkdir. Mərkəzi görmə qabiliyyəti kəskin və güclü pisləşir və demək olar ki, müalicə olunmur.
Sadalanan bütün dəyişikliklər qeyri-proliferativ diabetik retinopatiyanın əlamətləridir. Damarların keçirmə qabiliyyəti əhəmiyyətli dərəcədə pozulduqda preproliferativ retinopatiya mərhələsi başlayır.
Adekvat müalicə aparılmırsa, bu mərhələ prolifera­tiv retinopatiya mərhələsinə keçir. Bu mərhələdə neovaskulyarizasiya, yəni normada torlu qişada olmayan yenitörənən damarların əmələ gəlməsi, yaxud fibroz - patoloji birləşdirici toxumanın artması inkişaf edir. Yenitörənən damarların təhlükəsi natamam damar divarlarıdır, belə ki, tez-tez baş verən massiv qansızmalar ya torlu qişanın önündə yerləşir (preretinal), ya da şüşəvari cisimə nüfuz edir. Şüşəvari cisimə qansızma, yaxud hemoftalm görmə itiliyini əhəmiyyətli dərəcədə azaldır, bərpası isə yalnız cərrahi müdaxilə yolu ilə mümkündür.
Yenitörənən damarların artması, daimi qansızmalar nəticəsində formalaşan güclü birləşdirici toxuma bir tərəfdən torlu qişaya, digər tərəfdən şüşəvari cisimi əhatə edən nazik pərdəyə birləşir. Birləşdirici toxuma yığılır, şüşəvari cisim büzüşərək torlu qişanı altdakı toxumalardan dartıb aralayır. Sonda diabetik retinopatiyanın ən ciddi fəsadı olaraq torlu qişanın traksion qopması baş verir. Torlu qişanın qopması ilə törənən korluq çox vaxt geriyədönməz olur.
Şüşəvari cisimə qansızma istənilən vaxt, amma daha çox gecələr baş verir. Bunun səbəbi arterial
təzyi­qin kəskin artması ola bilər, bəzən güclü fiziki
gərginlikdən sonra baş verir. Şüşəvari cisim qansızma­sının ən çox rast gəlinən simptomları gözlərin birdən-birə dumanlanması, görmə sahəsində torun, lentlərin, üzən ləkələrin əmələ gəlməsidir. Torlu qişanın laylan­masının əsas simptomu görmə sahəsində pərdə və ya kölgənin yaranmasıdır. Laylanma makulaya toxunubsa, kölgə düz göz önündə əmələ gəlir və görmə çox pisləşir.
Gözün iris qişasında patoloji yenitörənən qan damarlarının artması göz mayesi axınına əngəl törədir, gözdaxili təzyiq artır və neovaskulyar qlaukoma inkişaf edir. Əksər hallarda yüksək gözdaxili təzyiq geriyədönməz dəyişikliklər törədir, korluğa, hətta gözün məhv olmasına səbəb olur.
Milli.Az

Xəbərlər     Baxılıb: 1499   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista