Diabetin faizi niyə qalxır? - Professor AÇIQLADI
Türkiyənin Obezite və Metabolik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Alper Çelik şəkərli diabetin artmasının səbələrini açıqlayıb.
Publika.az Türkiyə mətbuatına istinadla həkimin fikirlərini təqdim edir:
"İnsan bədəni yediyi karbohidratları şəkərə (qlükozaya) parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir. Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur. Nəticədə, qanda şəkərin miqdarı artır".
"Diabet nisbətinin artmasının ən böyük səbəbi həyat tərzinin daim dəyişməsidir. Məsələn, texnologiyanın gündən-günə inkişaf etməsi və özünü yeniləməsi iş həyatında artan stresə, sağlam olmayan qidalanmaya və oturaq həyata səbəb olur. Şəkərli diabetin artmasının başqa bir amili idman etmək vərdişinin olmamasıdır. Hazırda nizamlı idman mədəniyyəti o qədər də inkişaf etməyib. Bu hərəkətsiz həyat tərzi diabet riskini artırır. Bundan əlavə, yetərsiz və pis qidalanma vərdişi də şəkər xəstəliyinə səbəb olan amildir. "Fast food" və hazır yemək mədəniyyətinin formalaşması nəticəsində diabet nisbətinin artdığı müşahidə edilib" - deyə, cərrah əlavə edib.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar