Dil - orqanizmin güzgüsüdür

Dil - orqanizmin güzgüsüdürDil – bədənimizin hamimıza lazım olan nadir hissəsidir. Onun köməyi ilə biz danışırıq, qida qəbul edirik, ağız boşluğunun Sağlamlığını dəstəkləyirik, hətta onun köməyi ilə bütün orqanizmimizin vəziyyətini öyrənə bilirik.

Təcrübəli həkim xəstənin dilinə baxaraq ətraf mühitin, pəhriz və həyat tərzinin onun orqanizminə necə təsir etdiyini deyə bilər.
Əgər əlinizin altında güzgü varsa, siz də elə indi ondan istifadə etməklə səhəttiniz barədə məlumat əldə edə bilərsiniz.

Sağlam dil

"Sağlam" dilin rəngi bərabər şəkildə çəhrayı olur, dilin özü isə nəm, ərpsiz, ləkəsiz, yarasız, çatsız olur. Bu mədə və həzm sisteminin sağlam olduğunu və qidanın həzm olunması zamanı yaxşı işlədini göstərir.
Dil - orqanizmin güzgüsüdürDildə ərp

1. Yüngül ağ ərp

Belə dil qaraciyər və mədə-bağırsaq traktında problem olduğundan xəbər verir. Belə ki, bir əlamətə görə dəqiq diaqnoz qoymaq olmaz (bu turşuluğun azalması və mədədə xora səbəbindən də ola bilər), yaxşı olar ki, həkimə müraciət edin.
Dil - orqanizmin güzgüsüdür2.Qalın ağ ərp qatı

Əgər dilinin üzəri qalın ağ ərplə örtülübsə - bu o, deməkdir ki, bir neçə orqan öz fizioloji funksiyasını tamamilə yerinə yetirə bilmir. Bu infeksion xəstəliklərin əlaməti ola bilər.
Dil - orqanizmin güzgüsüdür3. Sarı

Bu tip ərp qaraciyər və öd kisəsinin xəstəliklərindən xəbər verir. Bu həm də həzm sisteminin pis olmasını göstərir.
Dil - orqanizmin güzgüsüdür4. Qeyri-bərabər rənglənmiş, "coğrafi dil"

"Coğrafi dil"- mədə-bağırsaq xəstəliklərinin əlamətidir. Bundan əlavə belə dil endokrin sistemi xəstəlikləri (o cümlədən, şəkərli diabet), qurdlar, avitaminozlar, dərman intoksikasiyası, hormonal dəyişikliklər (hamiləlik, menstruasiya, klimaks zamanı əmələ gələ bilər). Amma dəqiq diaqnozu həkim qoymalıdır.
Dil - orqanizmin güzgüsüdür5. Solğun, ağ dil

Ağ və yaxud solğun rəngli dil – həzm sistemi ilə bağlı problemlərin olduğunu göstərir. Dilin belə rəngi tez-tez boş nəcis, soyuq əllər və ayaqlar, yorğunluq və yaxud qarın şişməsi ilə müşayət olunur.
Çox solğun dil həm də qanazlığının əlaməti ola bilər. Hansı ki, bu əlamət həyəcan hissi, baş gicəllənməsi, yaddaşın itməsi, yuxusuzluq, çatlamış dodaqlar və anemiya ilə müşahidə olunur.
Dil - orqanizmin güzgüsüdür6. Qırmızı dil

İnfeksiyanın əlaməti ola bilər.
Dilin al-qırmızı rəngi mədə və 12 barmaq bağırsağı xorası xəstəliyinin kəskinləşməsi zamanı ola bilər.
Moruq rəngində dil skarlatın xəstəliyinin əlamətidir.
Dil - orqanizmin güzgüsüdür7. Qırmızı uclu dil

Dilin ucu ürək sahəsi kimi tanınır. Bu faktı nəzərə alsaq, qırmızı uclu dil bu xəstəliyi emosional sarsıntını da göstərə bilər.
Dil - orqanizmin güzgüsüdür8. Kənarları qırmızı olan dil

Belə dil tünd və yağlı qidaların. həmçinin spirtli içkidən çox istifadə edilməsini göstərir.
Dil - orqanizmin güzgüsüdür9. Bənövşəyi dil

Bu B2 vitaminin çatışmazlığını göstərir. Belə dil menstrural tsikl zamanı xroniki ağrıları olan adamlarda da müşahidə olunur.

10. Göyümtül dil.
Dil - orqanizmin güzgüsüdürƏgər dilinizdə bu rəngi müşahidə etmisinizsə, dərhal həkimə müraciət edin. Bu əlamət hüceyrələrə az oksigen daxil olmasından xəbər verir. Bu həm də ürək xəstəliklərinin, qad-damar sistemi və nəfəs yolları xəstəliklərinin əlamətləri ola bilər.

11. Sarı dil

Əgər sarı rəng uzun müddət getmirsə, bu qaraciyər və öd kisəsi xəstəliklərinin əlamətinidir. Dilin qabaq hissəsinin sarı rəngi - hepatitin göstəricisidir.
Dil - orqanizmin güzgüsüdür12. Yaşımtıl dil

Yaşımtıl ərp ciddi zəhərlənmə zamanı müşahidə olunur.
Dil - orqanizmin güzgüsüdür

Sağlamlıq     Baxılıb: 16591   Tarix: 03 sentyabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

geyim və ayaqqabılar geyim seçimi geyim şəkilləri uzun saclarin yigilmasi zirincin faydaları ciyer qovurma murebbelerin hazirlanmasi kosmetika kahfe falı qiz evi toyuq salati englishdilində qulaq olumu