Dilimizin anlatmaq istədiyi 9 təhlükə

Dilimizin anlatmaq istədiyi 9 təhlükəBədənimiz elə yaranıb ki, çox vaxt hiss etmədiyimiz xəstəliklər, problemlər barədə bizə siqnal ötürür.

Xanim.az faktxeber.com-a istinadən bildirir ki, dil də istisna deyil: onun vəziyyətinə baxaraq səhhətimiz və diqqət etməli olduğumuz aspektlər barədə məlumat ala bilərik.

Çiyələk- qırmızı rəng

Bu, vitamin B12 və dəmir çatışmazlığının göstəricisidir. Dad tumurcuqlarının düzləşməsi nəticəsində dil "keçəlləşir". Ağır formalarda isti maye və istiotlu yeməklər zamanı kəskin ağrılar ola bilər. Yemək rasionunu dəyişmək və həkimə müraciət etmək tövsiyə olunur.

Qara və ya qəhvəyi ərp
Qroxunc görünüşü olsa da, adətən ağız boşluğunun pis gigiyenası, siqaret çəkmək, çoxlu qəhvə, tünd çay içməklə əlaqəli ola bilər. Nəticədə ağızdan pis qoxu gələ və dad anomaliyası yaşana bilər. İlk növbədə zərərli vərdişlərdən imtina etmək və gigiyenaya diqqət etmək, hər gün təkcə dişi deyil, dili də təmizləmək tövsiyə olunur.

Ağ ərp
Rənginə və görünüşünə görə kəsmiyi xatırladan ağ ərp - maya infeksiyasının, başqa sözlə kandidozun əlamətidir. Belə ərp sağlam insanın ağzında az miqdarda olan Candida albicans mayasının həddən artıq böyüməsi nəticəsində yaranır. Bunun səbəbi antibiotiklərdən uzun müddətli istifadə, diabet, zəif immun sistemi və ya yüksək qan təzyiqi ola bilər. Həkimə müraciət etmək tövsiyə olunur.

Dildə qırışlar
Dildə qırışlar və ya qatların yaranması sadəcə qocalmanın da əlaməti ola bilər (Bəli, dil də qocalır). Adətən çatlar ağrısızdır, lakin ağız boşluğunun pis gigiyenasında infeksiyanın düşmə ehtimalı artır. Belə ki, göbələk infeksiyası məhz elə həmin çatda inkişaf eləyə və bərk ağrı verə bilər. Bundan başqa pis hazırlanmış protezlər də çatlara səbəb ola bilər.
Problemi xüsusi dərmanlarla aradan qaldırmaq mümkündür.

Dildə ağ ləkələr
Bu onu göstərə bilər ki, dili nə isə qıcıqlandırır. Məsələn dilin bir hissəsini həmişə sürtən diş. Lakin çox vaxt həddindən artıq siqaret çəkən insanda hüceyrələrin həddindən artıq böyüməsi ilə yaranır. 5-17 faiz bu ləkələr xərçəng xəstəliyinin xəbərçisi ola bilər. Bir neçə həftə ərzində keçməsə həkimə müraciət etməli və uyğun analizlərdən keçilməlidir.

Bitməyən qırmızı zədələr
Uzun müddət keçməyən qırmızı ləkələr və ya uçuqlar çox ciddi xəstəliyin xəbərçisi ola bilər. Adətən dil xəçrçəngi ilə asossasiya edilir. Dərhal həkimə müraciət edilməlidir.

Qıcqırma hissi
Adətən qadınlarda hormonal dəyişikliklər nəticəsində, xüsusən də menopauzadan sonra görünür. Bu problemlə həkimə müraciət etmək lazımdır. Bundan başqa düzgün seçilməyə diş məcunu da dildə narahatlıq yaradır: bəzi insanların məcunu köpükləndirən laursulfat natriuma alergiyası olur.

Təpələr və çökəkliklər
Bu çox nadir xüsusiyyətdir və adətən heç bir təhlükəsi olmur. Əgər ağrı yoxdursa narahat olmağa dəyməz - sadəcə hər bir insanın müxtəlif anatomiyası olur.

Ağrılı yaralar
Ağrılı yaralar - stomatitdir. Adətən uşaq xəstəliyi hesab olunur, ancaq 20 faiz böyükdə də müşahidə olunur. Bu ilk növbədə stress və imunitetin aşağı düşməsinin xəbərçisidir. Adətən 2 həftə müddətində keçir. Lakin uzun çəkərsə, həkimə müraciət etmək tövsiyə olunur. Bundan başqa dincəlmək və sağlamlığı qorumaq tövsiyə olunur.

Xəbərlər     Baxılıb: 2553   Tarix: 04 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

turlar.az

geymler 2026 yay geyimləri 2026 geyim şəkilləri cennet almasinin murebbesi qonaq otaqi dizayni ilk tibbi yardim oxu zalı kosmetika sevda burclerin uygunlugu sevgi bayatı novruz bayramina aid hakista