DİQQƏT! Aldanmayın! Azərbaycana insanı öldürən yağlar gətirilib (FOTO)

Ölkə bazarını yenə də xaricdən gətirilən keyfiyyətsiz və tərkibi bəlli olmayan qida məhsulları zəbt edib. Ucuz qiymətə satıldığından əhalinin böyük hissəsi özləri də bilmədən orqanizminə zərərli olan məhsulları almağa üstünlük verirlər. İstifadə etdikdə sonra ağır fəsadlarını görür, Həkimə müraciət edir, aldqları məhsulun qiymətindən 100 qat artıq dava-dərmana, müalicəyə xərcləməli olurlar. Öz cibini düşünən işbazları isə vətəndaşların sağlamlığı maraqlandırmır və onlar üçün bu amil ikinci dərəcəli hesab olunur.
İstehlakçıların aldanılmasına səbəb olan başlıca amillərdən biri aldıqları məhsulun xaricdə stehsalı və Dövlət Gömrük Komitəsindən (DGK) keçməsidir. Onların böyük əksəriyyəti hesab edir ki, əgər aldıqları məhsul xaricdə istehsal olunub və ölkəyə gətirilirsə, malın tərkibi mütləq DGK-nın laboratoriyalarında yoxlanılır.

Bəs ölkəyə gətirilən hər məhsulun tərkibi DGK-nın laboratoriyalardında yoxlanılırmı? Deyəsən, yox!

Son günlər Bakısakini Səidə Məmmədovanın başına gələn xoşagəlməz olay bu qənaətə gəlməyimizə əsas verir. Səidə xanımın sözlərinə görə, orqnizmi digər yağlara həssasolduğu üçün yeməklərin hazırlanmasında qarğıdalı yağından istifadə edir. Bu dəfə mağazaya girəndə piştaxtada Rusiya istehsalı olan qarğıdalı yağı diqqətini çəkir. Fikirləşir ki, Rusiyada istehsal olunubsa, yəqin keyfiyyəti də yaxşı olar. "Kubanskaya semeçka" qarğıdalı yağını alır və yemək hazırlayır. Çox keçmir mədəsində ağırlaşmalar başlayır, orqanizmində dəyişikliklər baş verir: bsşsğrılsrı, ürəkbulanmalar və s.

Həkim müdaxiləsindən və aparılan müalicədən sonra istehlakçı birtəhər özünə gəlir.

Səidə xanım orqanizmində baş verən fəsadların istifadə etdiyi bitki yağında görür. Tərkibinin yoxlanması üçün Azad İstehlakçılar Birliyinə (AİB) müraciət edir.

Birliyin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, vətəndaşın şikayəti əsasında "Kubanskaya semeçka" markalı qarğıdalı yağı satışdan alınaraq mütəxəssislərin iştirakı ilə akt tərtib olunub. Anonim qabda qablaşdırılaraq analiz üçün laboratoriyaya göndərilib: "Yağın qarğıdalı yağı turşuluğuna uyğunluğunu müəyyən etmək üçün 6 parametr üzrə tədiqat aparılıb. Çox təssüf ki, nəticələr ürəkaçan olmayıb. Bəlli oldu ki, etiketində Rusiya istehsalı yazılmış "Kubanskaya semeçka"nın tərkibində qarğıdalı yoxdur və tərkib qarğıdalı yağının tələblərinə cavab vermir."

"Bəs tərkibində hansı yağlar və qarışıqlar var" verdiyimiz suala E.Hüseynov dəqiq məlumatı olmadığını bildirdi. Tərkibinin öyrənilməsi üçün yenidən laboratoriyaya göndəriləməsinə ehtiyac olduğunu qeyd etdi.

Əlavə tədbirlərə gəlincə, bu barədə Dövlət Gömrük Komitəsinə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat veriləcəyini bildirdi.

Tərkibi bəlli olmayan qida məhsullarını ölkəyə gətirən və gətirilməsinə rəvac verənlər bilməlidir ki, insanların sağlamlığına barmaqarası yanaşmaq və oynamaq olmaz.

İstahlakçılar aldıqları malın tərkibi ilə etiketlər vasitəsi ilə tanış olduqları üçün hər an aldana bilərlər. Elə "Kubanskaya Semeçka"nı ölkəyə gətirən işbazlar kimi. Ona görə hər hansı malı alan zaman ehtiyatlı olmalı, ucuz və keyfiyyətsiz malın arxasınca qaçmamalıdırlar ki, onlar da Səidə Məmmədovanın gününə düşməsinlər.

RePost.Az
DİQQƏT! Aldanmayın! Azərbaycana insanı öldürən yağlar gətirilib (FOTO)DİQQƏT! Aldanmayın! Azərbaycana insanı öldürən yağlar gətirilib (FOTO)

Xəbərlər     Baxılıb: 1665   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

aksessuarlar qadin dunyasi yemek reseptleri hamilə qadın badam qadın və kişi qadın və cəmiyyət kosmetika aydin sani dolca novruz hakısdası muellim seiri hakışda