DİQQƏT! Azərbaycanda bu məhsula görə gömrük rüsumu ödəniləcək
Bu gündən Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək.
Xanim.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 12 yanvar 2017-ci ildə dərc edilən və bu gün qüvvəyə minən "Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri"nə etdiyi dəyişikliklərdə əksini tapıb.
Qərar dərc edildiyi gündən 30 gün sonra, fevralın 12-də qüvvəyə minir. Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.
Qərar 5 il müddətində qüvvədədir.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar