DİQQƏT: Azərbaycanda daha bir kommunal xidmət BAHALAŞDI

DİQQƏT: Azərbaycanda daha bir kommunal xidmət BAHALAŞDIXırdalandakı "Kristal Abşeron" massivinin sakinləri bahalaşmanı hətta vaxtından əvvəl hiss ediblər.

"Dekabrın 1-dən mənzilllərə verilən istiliyə görə xidmət haqqı hər kvadrata görə 40 qəpikdən 70 qəpiyə qaldırılıb. 80 kvadratlıq mənzilin sahibi ayda təkcə istilik üçün 56 manat ödəməlidir. İsti suyun hər kubuna görə də nə az, nə çox – 2.40 manat ödəyirik".

Bu sözlər Xırdalanda yerləşən "Kristal Abşeron" massivinin bir qrupu sakini adından "Basta"ya göndərilən şikayət məktubunda yazılıb.

Öncə qeyd edək ki, "əhali" kateqoriyasına aid istehlakçılar üçün qaz tariflərinin artırılması yanvar ayının 1-dən qüvvəyə minir. Artıq dekabr ayından bu tariflərin artırılması qanunsuzluqdan xəbər verir. Mərkəzi istilik sistemi olan bir sıra başqa binalarda da qazanxanada istifadə olunan qazın qiymətinin "qeyri-əhali" kateqoriyasına aid olan tariflə tələb olunduğu haqqında məlumatlar var. Bununla bağlı rəyini öyrəndiyimiz vəkil bildirir ki, qazanxana yaşayış binasına aid olduğu üçün, burada istifadə olan qazın qiyməti də "əhali" kateqoriyasına aid tariflərlə hesablanmalıdır. Əgər qaz idarəsi buna məhəl qoymursa, məhkəməyə müraciət olunmalıdır.

Tarif Şurasının məlum qərarını şərh edən hakimiyyət nümayəndələri qiymət artımının aztəminatlı təbəqəyə təsiri olmayacağını deyirdilər. Lakin şikayətdən məlum olur ki, Xırdalandakı "Kristal Abşeron" massivinin sakinləri bahalaşmanı hətta vaxtından əvvəl hiss ediblər.

Şikayətdə qeyd olunur ki, binada yaşayan insanların əksəriyyətin istilik üçün bu qədər pul ödəməyə imkanı yoxdur. Ən dəhşətlisi isə odur ki, bu binada yaşayan insanlara başqa seçim qoyulmayıb.

"Biz şəxsi kombimizdən istifadə etsək, bu qədər xərcimiz çıxmaz. Amma kombi çəkilməsinə icazə verilmir. Binada istilik təchizatı, televiziya xətti, isti su mərkəzləşdirilib. Yəni heç bir sakin mənzilində dairəvi antennalardan istifadə edə bilməz, kombi çəkə bilməz, və sadaladığımız bu təchizatlardan ümumiyyətlə imtina edə bilməz", – şikayətdə bildirilir.

"İnternet xəttinin çəkiliçində də cəmi 2 provayderin binaya girməsinə icazə verilib. Vətəndaşın öz cibinə və yaxud zövgünə uyğun provayder seçmə imkanı yoxdur. Çəkilən televizor xəttinə gorə aylıq 8 manat ödəyirik. Burada da baxımlı kanalların sayı azdır. Üstəlik aylıq 20 manat kommunal xərci ödəyirik. Dekabr ayının 1-dən etibaren 3 otaqlı (80kv) mənzil uçun təkcə istilik təchizatı, blokun təmizlənməsi, liftin servis pulu ve televizor xətti üçün ödənilməli olan məbləğ 84 manat təşkkil edir. Bundan başqa işıq, su, qaz, telefon pulu var. Astronomik bir məbləğ alınır. Bunu kim və necə ödəməlidir?", – şikayətdə deyilir.

"Bir faktı da nəzərinizə chatdıraq ki, binaların yanan materiallardan olan üzlüklərinin dəyişdirilməsi ilə bağlı verilən sərəncam buradakı ilk 3 binada yerinə yetirilmədi. Kohnə, yanğına meylli olan üzlüklər olduğu kimi saxlanıldı", – şikayətdə deyilir.(Bastainfo.com)

Xəbərlər     Baxılıb: 3141   Tarix: 05 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

turlar.az

yay kolleksiyasi həkim məsləhəti yemek reseptleri arıqlamaq üçün çaylar daginiq skleroz mualicesi göyəmin faydası terminlər kosmetika ziyafet geyimleri novruza aid hakışta aslan novruz hakistalari rus dilini oyrenek 2ci ders