DİQQƏT! Bakıda bu dairədən keçən marşrut xətləri bağlanacaq
Artıq daşıyıcılar məlumatlandırılıb
20 Yanvar dairəsindən keçən bir neçə marşrut xətti bağlanacaq. Məqsəd tıxacları aradan qaldırmaq və təkrarlanan xətləri minimallaşdırmaqdır. İstiPress-in xəbərinə görə, bunu Bakı Nəqliyyat Agentliyinin müşaviri Mübariz Abbasov jurnalistlərə müsahibəsində deyib. O deyib ki, artıq daşıyıcılar məlumatlandırılıb. Bununla yanaşı daşıyıcılar standartlara cavab verməyən şəkildə fəaliyyət göstərəcəkləri təqdirdə bəzi marşrut xətləri müsabiqəyə çıxarılacaq. Söhbət nəqliyyat vasitələri, istehsalat və sürücü bazalarında müasir standartlara uyğun tələblərdən gedir.
Mübariz Abbasov 7 saylı xəttin sərnişinlərinə 2, 79, 65 və 14 saylı marşrutlardan istifadə edə biləcəklərini də bildirdi. Hazırda paytaxtda 5 Nəqliyyat Mübadilə Mərkəzinin tam fəaliyyəti üçün işlər gedir. Bunlardan Koroğlu və Lökbatan tam işlək vəziyyətdədir. Dərnəgül Nəqliyyat Mübadilə Mərkəzində təmir, Bakı Avtovağzalında layihələndirmə, 28 May-da isə yekunlaşdırma işləri gedir.
Hazırda Bakı şəhərində 158 xətdə 58 daşıyıcı fəaliyyət göstərir ki, yaxın zamanlarda onların birləşdirilməsi nəzərdə tutulur.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Bu dərmanlar qarın ağrısı yarada bilərlər
Kəpəyi yox edən təbii üsullar