DİQQƏT! Bu bank "şəriət qaydaları" ilə faizsiz kredit verməyə başladı
Norveçin "Storebrand" bankı müştərilərə test rejimində borc faizini qadağan edən şəriət normalarına uyğun kreditləşdirmə təklif etməyə başlayıb.
Norveç KİV-lərinin yaydığı məlumata görə, bu yolla bank yeni müştərilər cəlb etmək istəyir.
Artıq bank özünün maliyyə marağı olmadan evdə maliyyələşdirmə üçün "etik kreditlərin" təşviq edilməsindən ötrü yeni sayt yaradıb. Yeni sistem üzərində işə belə kreditləşdirmə sisteminin fəaliyyət göstərdiyi başqa ölkələrdən mütəxəssislər cəlb olunub. Bankın yeni saytında deyilir: "Biz gənclərə, ali məktəbləri yeni bitirmiş məzunlara, yaxud bank ilə dini problemlər səbəbindən mənzil üçün normal kredit ala bilməyən adamlara müraciət edirik".
"Storebrand" bankından bildiriblər ki, faizsiz kredit üçün çox vaxt mənzil almaq istəyən, amma öz etiqadına görə ənənəvi krediti qəbul edə bilməyən müsəlmanlar müraciət edirlər. Belə ki, İslam maliyyə kreditləri üzrə faiz və rüsum alınmasını qadağan edir.
Beləliklə, indi Norveç müsəlmanları İslam dininin qaydalarını pozmadan ipoteka kreditləri götürə biləcəklər. Test rejiminin tətbiq edildiyi təkcə bir həftə ərzində bu cür kreditlər almaq üçün banka təqribən 300 adam müraciət edib.
"Storebrand" bankının nümayəndələri qeyd edirlər ki, yeniliklə əlaqədar bəzi müştərilərindən mənfi rəylər də alıblar. Onlar müsəlmanlara faizsiz kreditlər verildiyi üçün bankla əməkdaşlığı dayandırıblar.
AzərTAc
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri