DİQQƏT! BU Turşular və mürəbbələr ÖLÜM SAÇIR

DİQQƏT! BU Turşular və mürəbbələr ÖLÜM SAÇIREv konservləri (müxtəlif turşular, salatlar, mürəbbələr, kompotlar) bizi botulizm xəstəliyinə yoluxdura bilər. Bu çox ağır və olduqca təhlükəli xəstəlikdir.
Botulizmi törədən bakteriya Clostridium botulinum adlandırılır. Bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bu bakteriyalar tərəfindən hazırlanan "botulotoksin" dünyada ən güclü bioloji zəhərlərdən biri sayılır. Bu zəhər oksigen olmayan yerlərdə Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunur.
Clostridium botulinum bakteriysı torpaqda yaşayır. Torpaqdan bu bakteriyalar tərəvəzlərə və meyvələrə düşür. Hətta çox təmiz yuyulan meyvə və tərəvəzlərin üzərində bakteriyanın mikroskopik sporları qala bilər. Ev şəraitində hazırlanan müxtəlif turşular, kompotlar, mürəbbələr və s. adətən kip şəkildə bağlanılır və oksigen bankalara daxil olmur. Nəticədə botulotoksinin ifrazı üçün ən əlverişli şərait yaranır.
Nəzərə almaq lazımdır ki, sporlar ev şəraitində sterilizasiyadan "qorxmur" və hətta 1 saat sterilizasiyadan sonra məhsulda sağ qalır. Clostridium botulinum bakteriyanın sporlarını yalnız meyvə və tərəvəz konservlərini istehsal edən zavodlar şəraitində xüsusi sterilizasiya avadanlıqda zərərsizləşdirmək mümkündür.
Botulotoksin insan orqanizminə düşdükdə tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Konservləşdirilmiş qidanın qəbulundan təxminən 10-12 saat sonra xəstədə ağızda quruluq, görmənin pozulması (ikili, bulanıq görmə), mədədə ağırlıq hissi, urəkbulanması, qusma, ishal kimi simptomlar meydana çıxır. Daha sonra insanda göz qapaqların aşağı enməsi (insan gözlərini aça bilmir), səsin xırıltılı olması, bəzən səsin tam tutulması, udma refleksinin pozulması (insan əvvəl bərk, sonra isə yumşaq qidanı, daha sonra suyu uda bilmir), nəfəsalmanın pozulması (təngnəfəslik), bütün əzələlərin zəiflənməsi, yerişin pozulması və s. ağır simptomlar inkişaf edir. Bu zaman xəstəyə lazım olan tibbi yardım göstərilməzsə, tənəffüsdə iştirak edən əzələlər iflic olur və insan boğulmadan ölür.
Bu səbəbdən sadaladığımız simptomları (və onların hər hansılarını) hiss etdikdə, tez bir zamanda həkimə müraciət edin və ya "təcili yardım" çağırın. Nəzərinizə çatdıraq ki, botulizm yalnız xəstəxana şəraitində müalicə oluna bilər. Xəstəyə xüsusi zərdab yeridilir.
Təəssüf ki, botulotoksin olan bankanı aşkar etmək mümkün deyil. Bankanın xarici görünüşü adi ola bilər - bankanın qapağı qalxmayıb, mayesi bulanıq deyil və s., məhsulun dadı və iyi də dəyişilmir.
Həkimlər xəbərdarlıq edir ki, hətta ən təmiz şəraitdə hazırlamış ev konservlərində botulotoksin ola bilər. Bazarlarda və s. yerlərdə satılan, mənşəyi bilinməyən "ev" turşuları, leçoları, mürəbbələri və s. xüsusilə təhlükəlidir.
Göbələk konservləri, leçolar, müxtəlif tərəvəz salatlar botulizmə görə ən təhlükəli məhsullar sayılır.
Botulizm nadir xəstəlikdir. Lakin heç bir insan bu ölümcül xəstəlikdən sığortalanmayıb. Bu səbəbdən xəstəliyin simptomlarını bilmək çox vacibdir.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 2243   Tarix: 31 yanvar 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

turlar.az

geyim seçimi gelinlikler sade makiyaj sekilleri ideal toy öd daşı baliq qulagi el isleri əqrəb bürcü kosmetika paxlava klitor tapmaca toy gecesi baldiza aid haxisda