DİQQƏT: Dezodorant süd vəzisi xərçəngi yaradır - Xanimlar mütləq oxusun

DİQQƏT: Dezodorant süd vəzisi xərçəngi yaradır - Xanimlar mütləq oxusunBritaniya alimləri dezodorantların tərkibində olan alüminiumla süd vəzisi xərçəngi arasında əlaqə müəyyən ediblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mütəmadi olaraq dezodorantdan istifadə edən qadınlarda süd vəzisinin xarici toxumalarında alüminium toplanır.

Tədqiqatda süd vəzisi xərçəngi səbəbindən mastektomiyaya məruz qalmış, yəni bu vəzinin kəsilməsi əməliyyatı olunmuş qadınlar iştirak ediblər. Adətən alüminium insan bədənində toplanıb qalmır. Alimlər hesab edirlər ki, bu tədqiqat zamanı qadınların süd vəzisində aşkar edilmiş bu metal buraya dezodorantla düşüb.

Dezodorantların və antiperspirantların əksəriyyətinin tərkibində alüminium duzları var, çünki bu metal tər vəzilərinin ifrazı ilə mübarizədə effektivdir. Kil universitetinin bu tədqiqatı aparan əməkdaşı doktor Kris Eksli bundan əvvəl gündən müdafiə vasitələrinin tərkibindəki alüminium duzlarının təhlükəsi haqqında da məsələ qaldırmışdı. O zaman tədqiqatçı müəyyən etmişdi ki, belə kremlərdən istifadə xərçəng şişlərinin və Altsheymer xəstəliyinin inkişafında öz mənfi rolunu oynaya bilər.

Yeni tədqiqatın gedişində alim əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilmiş alüminiumun miqdarını ölçib və müəyyən edib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur.

Bununla əlaqədar Eksli belə bir bəyanatla çıxış edib:

"Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Biz müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşənlərdir. Biz qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin mənə belə gəlir ki, bu aşkardır. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq".

Doktor Eksli qeyd edir ki, heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib: "İndi alüminiumun məhz dezodorantlarda olan duzlarının bədxassəli şişlərin yaranmasına təkan verib-vermədiyinə əmin olmalıyıq".

Tədqiqatçı bildirir ki, kosmetik vasitələrin istehsalçıları dezodorant istehsalında alüminiumdan istifadə etmələrini bu metalın effektiv antiperspirant olması ilə izah edirlər. O qeyd edir ki, tərkibində alüminium olmayan dezodorantlar da var, lakin onlar bir o qədər də effektli deyil: "İstehsalçılar bildirirlər ki, bu alüminium duzları təhlükəsizdir, amma reallıq bunun hələ sübut olunmasını tələb edir".

Xəbərlər     Baxılıb: 1492   Tarix: 17 yanvar 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar