DİQQƏT! Günün BƏD XƏBƏRİ: Bu gündən bu da BAHALAŞDI
Benzinin qiymətinin qalxmasından sonra bu yanacaq ilə işləyən avtomobillərin dizelə nisbətən ucuzlaşacağını gözləsək də, əksinə oldu. İndi benzinlə işləyən avtomobillər 1500-2000 manat arası, dizellə işləyənlər isə 3 min manata qədər bahalaşıb. Elə buna görə də maşın bazarında bir neçə aydır ki, satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərdən narazıdır.
BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, maşın bazarında qiymətlərin qalxması bir neçə həftədir ki, alış-verişi səngidib. Bazarda çeşidlər çox olsa da, real alıcı tapılmır.
Alıcılar da qiymətlərin əvvəlki aylara nisbətən xeyli artmasından narazıdılar.
Digər modellərə nisbətən yenə də Almaniya istehsalı olan maşınlara tələbat digərlərindən çoxdur.
Rusiya istehsalı olan maşınlara tələbat isə sürətlə azalmaqdadır. Satıcılar deyirlər ki, tələbat daha çox avtomat ötürücülü maşınlara olduğundan rus maşınları artıq o qədər də satılmır.
Benzinin qiymətinin qalxmasından sonra daha çox satılan avtomobillər dizellə işləyənlərdir ki, onların da qiyməti 2-3 min manata qədər qalxıb.
Böyük mühərrikli ciplər isə ümumiyyətlə bazarda çox az gözə dəyir. Satıcılar bunun əsas səbəbinin qiymətlərinin baha olması və yanacaq sərfiyyatı baxımından əlverişsiz olması ilə əlaqələndirirlər.
Bir çox insan qarşıdakı aylarda qiymətlərin aşağı düşəcəyini gözləsə də, satıcılar bunun üçün ciddi bir səbəb olmadığını deyirlər.
f Paylaş








Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qaravəllilər
Qarazirə hər dərdin çarəsi olan bitki
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktrisa boşandı
Avroviziya qalibi Nigar Camalla görüş keçirilib - FOTOLAR
Cavanşir Məmmədovun vəfatından sonra bu qərarı verib
Bəyənmədikləri layihələrin naharında dönər yeyib, bəh-bəhlə işləyirlər' - Sərt tənqid
Uşaqların və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün hər şey edilməlidir' - Tarkandan mesaj
31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr
Hələ başqa bir mahnınızı da oxuyacağam