DİQQƏT! Hökumətdən əhaliyə iki ardıcıl ŞAD XƏBƏR

DİQQƏT! Hökumətdən əhaliyə iki ardıcıl ŞAD XƏBƏRBorclar silindi

Faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısı açıqlanıb

Trend xəbər verir ki, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısında 18 932 müəssisə və şirkətin, "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə 01.01.2017-ci il tarixə mövcud olan borcları qeyd-şərtsiz silinmiş fiziki şəxslərin adlı siyahısında isə 50 163 nəfərin adı var.

***

Maaş minimum 700 manat olacaq - Nazirdən əhaliyə şad xəbər

Bu ilin mart ayında üçüncü əczaçılıq zavodunun təməli qoyulacaq

Qaynarxett.az xəbər verir ki, bu sözləri, iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda digər təkliflərə də baxılır. 2-3 il ərzində artıq Azərbaycanda bir neçə zavod dərman istehsalına başlayacaq. Bu gün Azərbaycanda dərman idxalı 100 faiz təşkil edir. Təxminən 2-3 il ərzində bu mənzərə tamamilə dəyişəcək.

Pirallahı Sənaye Parkında 5 hektar ərazidə inşa edilən "Caspian Pharmed" əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon dollar investisiya qoyulacağını deyən nazir bildirib ki, sənaye parkında sayca ikinci olan əczaçılıq zavodunda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal olunacaq. Azərbaycanın dövlət başçısının tapşırığına əsasən, ölkədə sənayenin yeni bir sahəsinin inkişaf etdirilməsinə start verilib. Ötən il noyabrın 2-də Rusiya şirkəti ilə birgə yaradılan birinci zavodun təməli qoyuldu. Bu gün isə İranla yaradılan birgə müəssisənin təməli qoyuldu.

Nazir qeyd edib ki, zavod Almaniya və İtaliyada istehsal olunan avadanlıqlarla təchiz olunacaq. Müəssisənin tikinti dövrü təxminən il yarım çəkəcək. Gələn ilin üçüncü rübündə artıq zavodda istehsala başlanılacaq. Burada istehsal edilən dərmanlar ən yüksək standartlara cavab verəcək.

"Zavodda istehsal edilən dərmanların böyük hissəsi Azərbaycan daxili istehlaka yönəldilsə də, bir hissəsi ixrac olunacaq. Təqdim edilən biznes plana əsasən burada istehsal olunan dərmanların Rusiya, Gürcüstan və Qazaxıstan bazarlarına da ixrac edilməsi nəzərdə tutulub. Birinci mərhələdə burada 90 nəfər işlə təmin olunacaq, işçilərin əmək haqqı minimum 700 manat təşkil edəcək. Eyni zamanda zavod 7 il müddətinə dövlətin sahibkarlıq subyektləri üçün müəyyənləşdirdiyi güzəştlərdən yararlanacaq", – deyə nazir vurğulayıb.

Xəbərlər     Baxılıb: 10520   Tarix: 18 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

turlar.az

yay kolleksiyasi toy makiyajlari qadin dunyasi ibrətamiz sözlər balqabağın faydaları gözəl geyimlər ilk tibbi yardım kosmetika usaq geyimleri xlor lekesi novruz bayramı layla salam