DİQQƏT! Nazirdən pensiyaçılara ŞAD XƏBƏR

DİQQƏT! Nazirdən pensiyaçılara ŞAD XƏBƏRƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xanim.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırıb.

Nazir Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb: "Dünya Bankının ekspertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib".

S.Müslümov ölkəmizin əmək və sosial müdafiə sahələrində yaradılmış avtomatlaşdırılmış sistemlər, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə məlumat verib. Nazir bu sistemlərin müvafiq sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə tam şəffaf şəkildə təşkilinə imkan verdiyini qeyd edərək bildirib ki, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, elektron texnologiyalar üzərində qurulmuş müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir: "Sistem pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanır ki, bu da dünyada ən ədalətli bir istiqamət kimi qəbul olunur. Həmçinin Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Hazırda ölkəmizin sığorta-pensiya sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əldə olunan uğurların davamı kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ötən ilin aprelində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin "Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı" xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb".

Nazir sığorta-pensiya sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə islahatların davam etdirilməsi üçün yeni strategiyanın da hazırlandığını diqqətə çatdırıb. S.Müslümov digər mötəbər beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə də əməkdaşlığın genişləndirlməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın qabaqcıl təcrübəsi əsasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq səviyyədə olduğunu vurğulayıblar. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərlər     Baxılıb: 2531   Tarix: 10 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

turlar.az

kosmetoloq yay geyimləri 2026 hamilelikde qidalanma dirnaq maskalari xren yarpagi kişi xəyanət edərsə doğuş kosmetika atalar sözü maska ekizler geyim nizami gəncəvi