DİQQƏT! Nazirlik XƏBƏRDARLIQ ETDİ: Azərbaycanda bu universitetin tələbələrinə diplom verilməyəcək

DİQQƏT! Nazirlik XƏBƏRDARLIQ ETDİ: Azərbaycanda bu universitetin tələbələrinə diplom verilməyəcəkTəhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi səlahiyyətlərini icra edən Elnur Əliyevin APA-ya müsahibəsi
– Transfer.edu.az elektron hansı zərurətdən yaranıb?

– Azərbaycan prezidenti İlham Əliyev tərəfindən vətəndaş məmnunluğunu təmin etmək, şəffaflıq və operativlik kimi əsas vəzifələr bütün dövlət qurumları qarşısında bir tələb olaraq qoyulub. Təhsil Nazirliyi tərəfindən də təqdim edilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin daha yüksək səviyyədə təminatına imkan yaradır. Bildiyiniz kimi, ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016-cı ildən Təhsil Nazirliyitərəfindən transfer.edu.az portalı istifadəyə verilib. Təhsilalanlar artıq iki ildir ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək üçün heç bir kənar müdaxilə olmadan bu portalın imkanlarından yararlanırlar.

– Transfer.edu.az portalından istifadə mexanizmi necədir?

– Portaldan ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, ixtisasını dəyişmək istəyənlər, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri, magistratura səviyyəsində təhsilalanlar istifadə edə bilər. Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.

– Köçürülmək istəyən tələbələr əsasən hansı qaydalara diqqət yetirməlidirlər ?

– Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. İldən-ilə portalın fəaliyyəti daha da təkmilləşdirilir və tələbələrin rahatlığı üçün yeni imkanlar yaradılır. "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar" bu il daha da təkmilləşdirilib və liberallaşdırılıb. Nəticədə bu il portalın imkanlarından yararlanan tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə 1484 tələbə portaldan istifadə edərək öz seçimlərini edib. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb. Bir daha qeyd edilməlidir ki, bu fəaliyyətin ana məqsədi vətəndaş məmnunluğu və rahatlığı, o cümlədən şəffaflığın təminatı sahəsində Təhsil Nazirliyinin üzərinə düşən məsuliyyətdir.

– Hazırda akkreditasiyası bitmiş bu universitetdə təhsilini davam etdirən tələbələrə hansı tövsiyələr verərdiniz?
– Bildiyiniz kimi, 2016-cı ildə "Təfəkkür" Universitetinin akkreditasiya müddəti bitib. Həmin səbəbdən bu ali məktəb 2016-2017-ci tədris ilində akkreditasiyası keçiriləcək təhsil müəssisələrinin qrafikinə salınıb, müvafiq Akkreditasiya komissiyası yaradılıb və müvafiq tədbirlərin görülməsinə başlanılıb. Lakin "Təfəkkür" Universitetinin rəhbərliyi ötən ilin oktyabr ayında Təhsil Nazirliyinə müraciət edərək maliyyə problemləri ilə əlaqədar Təsisçilər Şurasının 2017-ci ilin iyul ayından universitetin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdiyini bildirib. Buna uyğun olaraq, universitet akkreditasiyadan keçmədiyi üçün ali təhsil müəssisəsinə tələbə qəbulu proqnozlaşdırılmayıb. Yay tətili ərzində universitetin 190 tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb. Bununla yanaşı təhsil hüquqlarını təmin etmək üçün mövcud qanunvericiliyə uyğun olaraq portala müraciət etməyən və hazırda Təfəkkür Universitetində təhsillərini davam etdirən tələbələrə digər ali təhsil müəssisələrinə köçürülmək üçün yenidən imkan yaradılacaq. Həmin tələbələr bu məqsədlə transfer.edu.az portalına müraciət edə bilərlər. Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün universitetin tələbələrinə ali təhsil haqqında diplom verilməyəcək.

Xəbərlər     Baxılıb: 2062   Tarix: 16 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

reseptler gelinlikler kosmetika mehsullari bürclərin sevgi cədvəli yay paltarları 2026 gil maskalari baş gicəllənməsi kosmetika sekisler masturbasiya nedir rus dili birlik haqqinda qurd xəstəliklərinə qarşı mualicə