DİQQƏT! Prezident aztəminatlı ailələrlə bağlı GÖSTƏRİŞ VERDİ

DİQQƏT! Prezident aztəminatlı ailələrlə bağlı GÖSTƏRİŞ VERDİPrezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ölkəmizdə yoxsulluğun aradan qaldırılması, əhalinin, o cümlədən aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldüyünü bildirib.

Diqqətə çatdırılıb ki, son 13 ildə Tərtər rayonunda 8479-u daimi olmaqla, 19 min 650 yeni iş yeri açılıb. Rayon Məşğulluq Mərkəzinə 2016-cı ildə 1123 nəfər işaxataran vətəndaş müraciət edib, onlardan 427 nəfəri rayonun idarə, müəssisə və təşkilatlarında daimi işlə təmin olunub. Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar Tərtər rayonu üzrə 22 aztəminatlı vətəndaş "Öz biznesinə başla və təkmilləşdir" proqramı çərçivəsində 2 aylıq təlim kurslarında iştirak edib. Onlardan 18 nəfərin hazırladığı biznes plan müsbət qiymətləndirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Milli Məclisin deputatı Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov özünüməşğulluq proqramı barədə məlumat verib, aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılmasının əhəmiyyətini yüksək qiymətləndiriblər.

Bildirilib ki, dövlətimizin başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb. Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin Sərəncamının icrası istiqamətində nazirliyin "İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili tələbləri" əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin aprelin 1-dək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Kurslarda təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib.

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.

Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə, 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə, 31 iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O.Kulayeva ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək, gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.

Özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 azyaşlı uşaqdan ibarətdir: "Dövlətimizin başçısının məlum Sərəncamı bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək. Ailə bizneslərimizi qurmaq üçün bizlərə belə bir imkan yaradıldığına görə Prezidentimizə təşəkkürümüzü bildirir və əmin edirəm ki, səy və zəhmətimizlə öz təsərrüfatlarımızı getdikcə genişləndirəcəyik".

Tədbir iştirakçıları sonra Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar. S.Məmmədova, L.Abdullayeva və yeni fərdi təsərrüfata sahib olan digər iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Proqram çərçıvəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun iştirakı ilə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş Qarabağ müharibəsi veteranı Akif Qədirovun, Fuad Mehdiyevin və Firuzə Nuriyevanın fərdi təsərrüfatlarına baxış olub.

A.Qədirov 4 nəfərlik ailəsinin yeni təsərrüfatı inkişaf etdirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: "Ailəmizin fermer təsərrüfatını qurmaq çoxdankı arzum idi, lakin bunun üçün ilkin vəsaitimiz yox idi. Özüm də rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda idim. Özünüməşğulluq proqramı barədə öyrənəndən sonra həmin proqramda iştirak etmək üçün Məşğulluq Mərkəzinə müraciət etdim. Çox obyektiv və ədalətli şəkildə seçim edildi və mən iki aylıq kursa cəlb olundum. Fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək üçün bu kursda çox şey öyrəndim. Artıq mənim ailəmin öz fərdi təsərrüfatı var. Belə böyük diqqət və qayğıya görə Prezidentimizə təşəkkür edirik. Bu dəstəyi layiqli şəkildə doğruldacağıq, təsərrüfatımızı inkişaf etdirməklə, ailə gəlirlərimizi daim artıracağıq".

F.Mehdiyev və F.Nuriyeva da onlara ailə təsərrüfatlarını qurmaları üçün geniş imkan yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar verilən mal və materiallar müqabilində uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.

Özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institusional işlər aparılacaq

Xəbərlər     Baxılıb: 2377   Tarix: 13 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qis geyimləri 2026 adlarin menasi geyim seçimi quru yeməklər dolu xanimlar ucun donlar yalan danismaq haqqinda atalar sözləri vətən haqqında inşa kosmetika üzeyir hacıbəyli zehmet ve zinet rus dilin nece orenek kurtlar vadisi ana haqqinda bayati