Diqqət, sağlam olmaq üçün şəkərdən imtina edin

Diqqət, sağlam olmaq üçün şəkərdən imtina edinKardioloqlar insanları məlumatlandırmaq istəyirlər. Şəkər insan orqanizmində B1 vitaminin azalmasına səbəb olur. Bu isə ürək əzələsinin zəifləməsi başda olmaqla bir çox başqa təhlükəli xəstəliklərin meydana gəlməsinə səbəb olur. Belə ki, B1 vitamini maddələr mübadiləsində, zülal və karbohidrat mübadiləsində yaxından iştirak edir. Həddindən çox şirniyyat yeyən uşaqların sağlam inkişafdan qalmasının səbəbi də şəkərdə görülür.
Hollandiyalı bir rejissor bir ay müddətində şəkər tərkibli qidalardan imtina etmək qərarına gəlir. Bu qərarın qəbul edilməsinə səbəb isə onun yüksək təzyiqdən və qanda xolesterinin miqdarının çox olmasından əziyyət çəkməsi olub.
Alimlər şəkərin insan orqanizmində bir çox patologiyalara səbəb olduğunu çoxdan sübut ediblər. Sağlam olmaq üçün lazım olan şəkər miqdarının isə müxtəlif təbii qidalar vasitəsilə qəbul edilməsinin daha düzgün olduğu isə elmə çoxdan məlumdur.
Hollandiyalı rejissor bu eksperimenti həkimlərin nəzarəti altında həyata keçirib. Əvvəlcə, o bütün tibbi müayinələrdən keçib. Müayinə zamanı hətta beyin və ürəyin fəaliyyəti də yoxlanılıb. Oğlanın müayinələr zamanı sağlam olduğu aşkarlanıb, yalnız qanda xolestrinin miqdarı həddindən çox artıq olub. Həkimlər oğlanda meydana çıxan yüksək təzyiqin səbəbini isə xolesterinin yüksək olması səbəbindən olduğunu da qeyd ediblər.
Eksperiment müddətində bir həftə hər şey normal yolunda gedib. Xəstə oğlan gün ərzində yumurta, meyvə və ağartı məhsulları ilə qidalanıb. Bir həftə sonra isə orqanizmin şəkərə olan ehtiyacı narahatlıq hissinin meydana çıxmasına səbəb olub. Bu zaman aclıq, yeməkdən doymamaq hissi, baş ağrısı, baş hərlənməsi kimi əlamətlər meydana çıxıb. Həkimlər bunun səbəbini qanda şəkərin normadan aşağı olması ilə əlaqələndirib. Bu zaman isə orqanizmin şəkərə olan təlabatı quru meyvələr qəbul etməklə aradan qaldırılıb və oğlana dözümlü olmaq məsləhət görülüb. Kişmiş, qaysı, banan qurusu, xurma və s. kimi quru meyvələr yeməklə orqanizmin şəkərə olan normal təlabatı aradan qalxıb və bir neçə gün sonra oğlan quru meyvə deyil, təzə və lətli meyvələr yemək istədiyini qeyd edib. Daha sonra isə normal və şəkərsiz qidalanmaya keçib. Bir ay ərzində oğlanın çəkisi 4 kq azalır və qanda xolesterinin miqdarı normallaşır. Bu dövrdə isə onun arterial təzyiqi də normallaşır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1021   Tarix: 02 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli adlarin menasi toy makiyaji sekilleri makiyaj sirləri yemək resepti fitnes və pəhriz hamilə qala bilmək kosmetika gəncə yumurta birlik haqqinda maraqli hakistalar vetene aid atalar sozleri