Diqqət: Xallarla ehtiyyatlı olun

Diqqət: Xallarla ehtiyyatlı olunMelanoma ən təhlükəli xərçəng növündən biri sayılır. Xəstəlik tez inkişaf edir və metastazlar verir.

Bəzən bu xəstəliyin səbəbi insanın bədənində uzun illər ərzində olan "zərərsiz" xal olur. Təbii ki, bütün xallar xərçəngə çevrilmir. Lakin insanın bədənində çoxlu sayda xallar (və xüsisilə iri "həcmli" xallar) olduqda insan çox diqqətli olmalıdır və xalın xərçəngə çevrilməsinin simptomlarını bilməlidir.

Bu simptomların arasında:

- xalın asimmetrik olması. Bunun üçün xalı sanki gözlərinizlə tən ortadan bölün və xalın "hissələrinə" diqqətlə baxın. Əgər hissələr bir birindən fərqlənirsə (asimmetrikdir), bu təhlükəli simptomdur.

- xalın kənarları nahamar - dalğavari və ya "dişli" şəkil aldıqda.

- xalın rəngi normada dəyişilməməlidir. Əgər xalın rəngi əvvəl açıq-qəhvəyi olubsa, sonra isə dəyişilibsə (boz və ya qara), bu təhlükəli simptom sayılır.

- xalın ölçüləri böyük olduqda (6 mm və daha artıq) bu onun melanomaya çevrilməsi riskini artırır. Xal birdən böyüməyə başladıqda bu xərçəngin simptomu ola bilər.

- xalın üzərində çatlar, qabıqlar əmələ gəldiqdə, xal qanamağa, qabıq verməyə başladıqda, xalın teksturası dəyişildikdə, bu narahatçılıq üçün ciddi səbəb yaradır.

Əgər Siz özünüzdə sadalanan simptomlardan heç olmasa birini aşkar etmisinizsə, mütləq dermatoloqa müraciət edin. Lazım olduqda dermatoloq Sizi onkoloqun müayinəsinə göndərə bilər. Melanoma diaqnozu təsdiq olunduqda, dərhal müalicəyə başlamaq lazımdır. İlkin mərhələdə bu xəstəlik tam müalicə oluna bilər.

Melanomanın risk faktorları aşağıdakılardır:

- gün vannalarından süi-istifadəsi (xüsusilə günün maksimal aktivlik vaxtlarında - 12.00-dan -16.00-a kimi).

- xalın travması (qopma, zədələnmə).

- xalın paltarların detalları ilə (kəmər, yaxalıq, büsthalter) daim sürtülməsi və ya sıxılması.

- orqanizmdə gedən hormonal dəyişikliklər (hamiləlik zamanı və s.).

Bir qrup insanlarda xalın melanomaya çevrilməsi riski digər insanlarla müqayisədə daha yüksək olur. Bu dərisi və saçları açıq rəngdə olan, bədənində çoxlu iri (6 mm-dən böyük) xallar olan, yaxın qohumları arasında melanoma xəstəliyi olan insanlara aiddir.

Bəzi hallarda (xal çox iri olduqda, "pis" yerdə yerləşdikdə və s.) insana xalın xaric olunması məsləhət görülür. Bu melanomanın inkişaf etmə riskini azaldır. Lakin bu əməliyyatı mütləq həkim (kosmetoloq yox!) etməlidir və xaric olunmuş xalın hüceyrələri mütləq histoloji analiz olunmalıdır.\Saglamolun.Az\

Maraqlı     Baxılıb: 2440   Tarix: 09 sentyabr 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 yemek reseptleri yay paltarlari tərəzi bürcü qripdə nə etməli peraski cudu kosmetika bir arzum var sac duzumleri vətən tut ağacı tutdudu novruz hakışdaları